Deputatdan hərbi xidmətlə bağlı TƏKLİF: “2 aya endirilə bilər”

Deputatdan hərbi xidmətlə bağlı TƏKLİF: “2 aya endirilə bilər”

“Dövlətə ödəniş edilməklə hərbi xidmətin müddəti azaldıla bilər”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Elnur Allahverdiyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı  deyib.

 

“Dünyada hərbi xidmətə çağırışla bağlı bir sıra modellər müəyyən olunur. Qardaş ölkə Türkiyədəki kimi, dövlət hesabına ödəniş etməklə daha az müddətdə hərbi xidmət etmək olar. Hərbi xidmət 1 il 6 ay, ya da ali təhsilli şəxslərə 1 ildirsə, ödənişlə 2, ya da 6 aya endirmək mümkündür”.

 

E.Allahverdiyev bildirib ki, bu həm də, təhsil və karyera sahəsində ardıcıllığın təmin olunmasına imkan yaranacaq:

 

“Belə bir dəyişiklik həyata keçirilərsə, əvvəllər olduğu kimi hərbi kafedraların bərpası mümkün ola bilər. Orduya cəmiyyətimizdə maraq olduqca güclüdür. Vətən Müharibəsi də bu istəyə təkan verib”. 

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR