"İt hürər karvan keçər, qoyun, hürsünlər" - Aqil Abbas
Siyasət
11:48 / 01.02.2024
2589
“Bizi sanksiya ilə hədələyirlər. Bundan qorxmaq lazım deyil, onsuz 30 il sanksiyada olmuşuq ”.
Sfera.az xəbər verir ki, bunu, Milli Məclisin 1 fevral 2024-cü il tarixli iclasında deputat Aqil Abbas deyib.
“İrana 40 ildir sanksiya tətbiq ediblər, amma ballistik raketlərə qədər hər işlə məşğuldur. Amma biz sanksiya tətbiq etsək, çöldə qalarlar. Fransanın, Almaniyanın halı necə olacaq? İt hürər karvan keçər. Qoyun, hürsünlər. Niderland da adını Hollandiyadan dəyişməklə zibillərini gizlədə bilməz. Fransa gəlib öz gözü ilə görsün ermənilər burada necədir. Biz Allahın evinə əl vurmarıq. Gəlsinlər görsünlər Şuşada kilsəni necə təmir edirlər. Amma mənim əlimdə olsa, təmir eləmərəm, xaraba qalar”.
Firuzə Əliyeva