“Qızılca və qrip bu yolla yoluxur” - Həkim infeksiyadan qorunmağın əsas yolunu AÇIQLADI
Bu il ölkəmizdə qrip virusları, qızılca və respirator infeksiyalar daha çox yayılıb. Hətta, bu xəstəliklərdən ölüm halları da qeydə alınıb.
Bəs bu xəstəliklərin çox yayılmasının başlıca səbəbləri nədir?
Mövzu ilə bağlı Sfera.az-a danışan həkim Bəxtiyar Musayev bildirib ki, bu xəstəliklərin əsas yoluxma mərkəzi burundur.
“Aldığımız hava burun daxilində yerləşən balıqqulaqlarında isidilərək və filtirasiya olunaraq ağciyərlərə ötürülür. Lakin havada olan mikroblar bronxlarda müəyyən qədər saxlanılır. Virusların sayı çox olduqda isə filtrasiya edilə bilmir və bronxların selikli qişasına yapışır. Suya sirkə tökərək burnumuzu yaxalamaq bizi viruslardan qoruya bilər. Xəstəlik zamanı qanın durulması üçün çoxlu su içmək lazımdır. Əgər infeksiyalar boğaz ağrısı yaradıbsa, qarqara etmək məsləhət görülür. Çox vaxt boğaz ağrısı keçsə də, öskürək uzun müddət qalır. Bu zaman xəstələr, allergiyası olub-olmadığını yoxlatmalıdırlar. Çünki allergiyası olan insanlarda öskürək çox gec sağala bilər. Öskürək həmçinin farangitində əlaməti ola bilər”.
Həkim bildirib ki, bu infeksiyalardan qorunmağın əsas vasitələrindən biri peyvəndlərin vurulmasıdır.
“Peyvənd məsələsinə biganə yanaşmaq düzgün deyil”.
Ülkər Abdurahmanlı