Sumqayıtda yaşayış binasında yanğın oldu - YENİLƏNDİ 2

Sumqayıtda yaşayış binasında yanğın oldu - YENİLƏNDİ 2

Fevralın 1-də saat 05:01 radələrində Sumqayıt şəhərinin 8-ci mikrorayon ərazisində baş verən yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 3 briqadası hadisə yerinə cəlb edilib.

 

Bu barədə Sfera.az-a TƏBİB-dən bildirilib. Məlumata görə, hadisə nəticəsində 3 nəfər hospitalizasiya olunub. Digər qazların toksiki təsiri diaqnozu ilə 1996-cı il təvəllüdlü (qadın cinsli) şəxs Təcili Tibbi Yardım Xəstəxanasına, 2015 və 2018-ci il təvəllüdlü (kişi cinsli) azyaşlılar isə Uşaq Xəstəxanasına yerləşdiriliblər.

 

Onlara zəruri tibbi yardım göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

 

***

 

10:59

 

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə yanıb.

 

Sfera.az FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan sanitar qovşağın lambirdən ibarət tavanı 6 m² sahədə və qapısı əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər (2-si uşaq olmaqla) tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

 

***

 

08:30

 

Sumqayıtda yanğın nəticəsində ana və övladları tüstüdən zəhərlənib.

 

Sfera.az xəbər veri ki, hadisə 8-ci mikrorayonda baş verib.

 

Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Heydərova Nuranə Zahid qızının kirayə qaldığı ümumi sahəsi 70 kv.metr olan mənzilin 10 kv.metr hissəsi yanıb. Nəticədə qadın və övladları, 2015-ci il təvəllüdlü Cəbrayılov Nihad Ibrahim oğlu, 2018-ci il təvəllüdlü Cəbrayılov Renat İbrahim oğlu tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR