Aynur Dadaşova 8 il sonra canlı yayımda - VİDEO

Aynur Dadaşova 8 il sonra canlı yayımda - VİDEO

 

Müğənni Aynur Dadaşova 8 ildən sonra yenidən efirə qayıdıb. 

Sfera.az primetime.az-a istinadən bildirir ki, ötən gün Xəzər TV-də əməkdar mədəniyyət işçisi Zaur Kamalın təqdimatında yayımlanan "5-də 5" verilişi qonaqlı-qaralı olub. "5-də 5" studiyası efirə gələn qonaqlar üçün xüsusi olaraq şamlar, gül ləçəkləri ilə bəzədilib. Proqramın qonaqları isə 8 ildir efirlərdən uzaq olan tanınmış müğənni Aynur Dadaşova, Rüfət Axundov və aktyorlar Müşviq Şahverdiyev, İlkin Misgərli olub. Ailə həyatına görə efirlərdən uzaq düşən müğənni Aynur Dadaşova çox həyəcanlı olduğunu dilə gətirib: "Zaur, bilirsən ki, səhnə mənim üçün hər zaman məsuliyyətli olub. Bu günü çox arzulayırdım. Neçə müddətdir qastrol səfərlərindən, tədbirlərdən, konsertlərdən və efirlərdən uzaq düşmüşdüm. Evdə oturub, pəncərədən çölə baxırdım (gülür). Amma etiraf edim ki, heç bir jurnalistə deməmişdim sənəti atıram. Sadəcə ailəmə görə bir müddətlik sənətimə fasilə vermişdim".

 

Daha sonra canlı efirə dəvət olunan Rüfət Axundov 18 il bundan öncə ona sənətə gəlməsində köməklik edən Aynur xanıma təşəkkürünü bildirirək belə deyib: "Sən hər zaman mənə dəstək olduğuna görə mən də sənə dəstəyəm. Bir də heç vaxt səhnədən getmə".

 
   

OXŞAR XƏBƏRLƏR

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...

Bakıda bu məktəbdə “Son zəng” üçün pul yığılır? – RƏSMİ

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdı...

Ceyhun Mirzəyevin yeganə qızıMoskva küçələrində

"Ögey ana", "Fəryad" kimi məşhur filmlərdə rol alan mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Moskvada küçədə yaşayır. &nbs...

Tərtərdə ağır qəza: Dörd nəfər xəsarət aldı

Tərtərdə baş vermiş yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.   Sfera.az xəbər verir ki, qəza rayonun Sarıcalı kəndi ərazisində qeydə alın...