“Neftçi” “Sumqayıt”ı məğlub etdi

“Neftçi” “Sumqayıt”ı məğlub etdi

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulub.

 

Sfera.az xəbər verir ki, günün son oyununda “Sumqayıt” “Neftçi”ni qəbul edib. 

 

Görüş “ağ-qaralar”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

19:00. “Sumqayıt” – “Neftçi” - 2:3 

 

Qollar: Yeqor Boqomolski, 29 (0:1), Emin Mahmudov, 44-pen. (0:2), 45+2 (0:3), Elvin Bədəlov, 60 (1:3), Kasimir Ninqa, 89 (2:3)
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev
“Kapital Bank Arena”

 

Qeyd edək ki, 1/4 finalın dünən keçirilən oyunlarında “Zirə” “Səbail”ə 2:1, “Qarabağ” isə “Sabah”a 7:1 hesabı ilə qalib gəlib.  Günün ilk oyununda “Araz-Naxçıvan” və “Qəbələ” heç-heçə edib - 1:1.

 

Bu mərhələnin cavab qarşılaşmaları fevralın 8-9-da oynanılacaq.


OXŞAR XƏBƏRLƏR