Ermənistanda itkin düşənlərin sayı açıqlandı - 90-cı illərdən bu yana...

Ermənistanda itkin düşənlərin sayı açıqlandı - 90-cı illərdən bu yana...

2020-2022-ci illərdə Ermənistanda döyüşlərdən sonra 300-dən çox insan itkin düşmüş hesab olunur.
 

Sfera.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistandakı nümayəndə heyəti bildirib.
 

“Ailələrdən daxil olan müraciətlərə əsasən, 2020-2022-ci illərdə münaqişənin kəskinləşməsi nəticəsində Ermənistandan olan 303 nəfər hələ də itkin düşmüş hesab olunur”, - məlumatda deyilir.
 

2023-cü ildə 62 ailə qohum axtarışı üçün onlarla əlaqə saxlayıb, 12 nəfər itkin düşənlərin taleyini öyrənməyə nail olub.
 

Bundan əvvəl Ermənistanın əsir, girov və itkin düşmüş şəxslərin məsələləri üzrə idarələrarası komissiyası qeyd edib ki, 90-cı illərin əvvəllərindən 993 erməni (onların arasında Ermənistan Respublikasının vətəndaşları və Qarabağ sakinləri də var) itkin düşmüş hesab edilib və İrəvan onların taleyinə aydınlıq gətirməkdə maraqlıdır.
 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR