Fevral ayının hava proqnozu AÇIQLANDI

Fevral ayının hava proqnozu AÇIQLANDI

Fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur.

 

Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Mülayim cənub-qərb küləkləri üstünlük təşkil edəcək.

 

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-24 mm).

 

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 0-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə şaxta, bəzi günlərdə 12-17 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 11-29 mm).

 

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə şaxta, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-36 mm).

 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 3-8 dərəcə şaxta, bəzi günlərdə 12-17 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-32 mm).

 

Qazax, Gəncə, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 2-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 15-36 mm).

 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 1-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 0-5 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-55 mm).

 

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu gecə 2-7 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-35 mm).

 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 2-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, dağlarda 6-11 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 44-105 8ğ mm).


OXŞAR XƏBƏRLƏR

ABŞ bu sahədə Çinə uduzacaq: "Üstünlüyümüz uzun sürməyəcək”

“OpenAI”nin baş direktoru Sam Altman ABŞ Senatında verdiyi açıqlamada Amerikanın süni intellekt (SI) sahəsindəki liderliyinin Çin qarşısında davamlı...

Metro və dəmir yolundan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Böyük şəhərlərin dayanıqlı inkişafında relsli nəqliyyat - metro və dəmir yolu sistemləri ən effektiv həll yollarından biri sayılır.   Sfera.az x...

Nə üçün Bakını ziyarət edək? - "Forbes" Azərbaycandan yazdı

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Bakı haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda Bakının tarixi, ...

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...