"Samirə deyəsən çaşıb, mənim necə kişi olduğumu Samirə qəşəng bilir" - Manaf coşdu

Meyxanaçı Samirə Yusifqızının müğənni Manaf Ağayev haqqında söylədiyi fikirlər şou aləminin gündəminə bomba kimi düşüb.

Publika.az-a açıqlama verən Manaf Ağayev eşitdiklərindən şok olub:

"Nə? Nə deyib? Samirə mənim barəmdə həyatı boyu belə söz deyə bilməz. Deyibsə, ayıb olsun ona. Mən saçıma rəng qoyuram, bunu gizlətmirəm də. Efirdə də demişəm ki, saçım tam ağarmayıb, amma rəng qoyuram. Qaldı ki, botoks söhbətinə, o deyəsən çaşıb. Mənim necə kişi olduğumu Samirə qəşəng bilir. Elə belə də yaz. Gəlsin yoxlasın sifətimi, görsün özümündür, yoxsa, botoksdur? Mən özünü tanıyan kişilərdənəm e, o deyəsən qarışdırır”.
Qeyd edək ki, meyxanaçı Samirə Simsar-az saytına müsahibəsində belə deyib. Eyni zamanda, M.Ağayevin telefonunda olan keçmiş fotosunu göstərib:
"Bu sənət cavanlığı sevir. Baxın, 1997-ci il Manaf Ağayevin saçları ağappaqdır. Nəinki saçını rəngləyir, botoksu, mezosu da var. Şəkillərinə baxın da”.

OXŞAR XƏBƏRLƏR

“Aztelekom”un əməkdaşı Heydər Əliyev zirvəsinə qalxdı - FOTOLAR

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC-nin əməkdaşı Nicat Səfərov Ümummilli Li...

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...

Bakıda bu məktəbdə “Son zəng” üçün pul yığılır? – RƏSMİ

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdı...

Ceyhun Mirzəyevin yeganə qızıMoskva küçələrində

"Ögey ana", "Fəryad" kimi məşhur filmlərdə rol alan mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Moskvada küçədə yaşayır. &nbs...