Gürcüstan strateji tərəfdaşını dəyişib? - "Bu layihə çox dövlətin marağındadır..."

Gürcüstan strateji tərəfdaşını dəyişib? -

Gürcüstan hökuməti son illərdə Çinlə əməkdaşlığı gücləndirib. Qarşılıqlı səfərlərin sayı artıb. Gürcüstan nümayəndə heyəti bir müddət əvvəl Çinə səfər edərək, çinli həmkarlarıyla “Orta dəhliz” layihəsini müzakirə edib. Gürcüstan bu nəqliyyat dəhlizinin qısa müddətdə reallaşmasını istəyir. 

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri politoloq Elxan Şahinoğlu bildirib.

 

Onun sözlərinə görə, bu layihənin reallaşması yalnız Gürcüstan hökumətinin istəyindən asılı deyil:

 

“Bu layihə bölgənin bir çox dövlətinin marağındadır. Önəmli olan Pekinin “Orta dəhliz” layihəsinin reallaşması istiqamətində addımların atılmasıdır. Gürcüstanın hakim “Gürcü arzusu” Partiyasının sədri və baş nazir kürsüsünə gətirilən İrakli Kobaxidze Pekindəki görüşlərində strateji tərəfdaşlığın gücləndirilməsi mövzularını müzakirə edib. Rəsmi Tbilisi, Çinin Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləməsindən məmnundur. Burada qeyri-adi heç nə yoxdur. Çin Ukraynanın da ərazi bütövlüyünü dəstəkləyir. Buna baxmayaraq, Pekin Ukraynanı parçalamağa çalışan Rusiya ilə strateji tərəfdaşlığını daha da gücləndirib”. 


Politoloq bildirib ki, Çin Gürcüstana yatırımlarını artırıb.

 

“Gürcüstanla ticarət mübadiləsinin həcminə görə Çin 4-cü yerdədir. İki ölkə 2017-ci ildən azad ticarət barədə razılıq əldə ediblər. Çin Gürcüstanın Qara dənizdəki limanlarında pay sahibidir. Çin Gürcüstanda hidroelektrik stansiyaların tikintisinə də yatırım qoyub. Gürcüstanda Çinlə iqtisadi sahədə əməkdaşlıqdan narazı qalanlar da var. Müxalifət və bir qrup ekspert hesab edir ki, Gürcüstanın Çindən artan asılığı Tbilisini Qərbdən və Avroatlantik inteqrasiyadan uzaqlaşdırır. Gürcü müxalifəti hakim partiya rəhbərliyinin Çinə səfərini də tənqid edib. Müxalifət təmsilçilərinin fikrincə, hakim “Gürcü arzusu” partiyası ölkə maraqlarından çox, liderləri Bidzina İvanişvilinin maraqlarına xidmət edir”. 
 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Həftəsonunadək hava necə olacaq?

Həftənin sonunadək ölkə ərazisinin hava şəraitində dəyişiklik gözlənilməsə də, son günlər müşahidə olunan cənub-şərq küləyi Abşeron yarımadasında şimal, şimal-ş...

Gəncədə avtomobil işıq dirəyinə, sonra divara çırpıldı - FOTO

  Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin dəmir yolu vağzalının yaxınlığında qeydə alınıb. ...

Paşinyandan mühüm açıqlama:"Sərhədə ermənilər yerləşdiriləcək, ABŞ isə..."

Amerika şirkəti Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizinin idarəedici operatoru ola bilər.   Sfera.az “İnterfaks...

Prezident daha 2 fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə m...

İlham Əliyev ipoteka kreditləri ilə bağlı fərman imzaladı

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasında dəyi...

Oquldjaxan Atabayeva və Leyla Əliyeva Heydər Əliyev Mərkəzini ZİYARƏT ETDİLƏR

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 16-d...