Avtomobillərin utilizasiya haqqı təsdiqləndi, amma... – “Ödənişlərə düzəliş edilməlidir” 

Avtomobillərin utilizasiya haqqı təsdiqləndi, amma... – “Ödənişlərə düzəliş edilməlidir” 

Azərbaycanda utilizasiya haqqının məbləği təsdiqlənib. Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən birdəfəlik ödənişin məbləği isə maraq obyekti olub. Belə ki, qiymətlər 1500-3000 manat arasında dəyişir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, utilizasiya prosesi ətraf mühitin qorunması üçün önəmlidir:

 

“Yol-nəqliyyat hadisələrinin 70 faizində köhnə avtomobillərin rolu böyükdür. Bu gün bağlarda, təsərrüfat obyektlərində, əkin sahələrində istismar olunmayan yük avtomobilləri, kombaynlar, traktorlar var. Eyni zamanda, illərdir cərimə meydançasında qalan avtomobillər kifayət qədərdir. Həmin avtomobil sahibləri utilizasiya üçün razılıq verməlidirlər Yəni, onlar avtomobildən imtina ərizəsi yazılmalı və Dövlət Yol Polisi tərəfindən avtomobil utilizasiyaya cəlb olunmalıdır. Qeyd etdiyim bu nəqliyyat vasitələri isə rəsmi olaraq qeydiyyatdadır. Utilizasiya prosesi nəticəsində ölkəmizdə 200-300 min nəqliyyat vasitəsi qeydiyyatdan çıxmış olacaq. Beləliklə, Azərbaycan avtomobil parkına daha aydın baxa biləcəyik”. 

 

E.Muradlı qeyd edib ki, utilizasiya qarşılığında ödəniləcək məbləğlərdə düzəlişlər edilməlidir:

 

“Avtomobilini utilizasiyaya verən vətəndaşlar bu ödənişi nağd şəkildə almaq istəsə, sadəcə məbləğin 70 faizini götürə biləcək. Məsələn, 1500 manatın sadəcə 1050 manatı nağd şəklində veriləcək. Əgər 1500 manatlıq çek verilsə, vətəndaş ölkə daxilində avtomobil alışı zamanı həmin məbləğdən güzəşt kimi istifadə edə biləcək.  Bütün həyatı, ailəsinin dolanışığı bir maşından asılı olan insanlar var. O şəxslər 1050 manat nəğd pul alsalar, bankdan tutulan faizlərlə birlikdə 1000 manata yaxın məbləğ əldə etmiş olacaqlar. Bəs onlar 1000 manata hansı avtomobili ala biləcəklər? Təklif etdik ki, növbəti mərhələlərdə həmin şəxslərə gömrük rüsumu, ƏDV, aksiz və digər güzəştlər tətbiq edilsin. Onlar da bir dəfə öz istifadəsi üçün xarici dövlətlərdən istehsal ili 10 ili aşmayan nəqliyyat vasitələrini ölkəyə gətirə bilsin. Lakin bu, nəzərə alınmadı. Bu məsələdə ehtiyacı olan insanlara hansısa formada dəstək olunmalıdır”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Ukrayanaya nə qədər silah lazımdır?

ABŞ Prezidenti Donald Tramp artıq Ukraynaya Patriot hava hücumundan müdafiə sistemlərini göndərməyə başlayıb. Bu, münaqişə zonasında müdafiə qabiliyyətini güclə...

Həftəsonunadək hava necə olacaq?

Həftənin sonunadək ölkə ərazisinin hava şəraitində dəyişiklik gözlənilməsə də, son günlər müşahidə olunan cənub-şərq küləyi Abşeron yarımadasında şimal, şimal-ş...

Gəncədə avtomobil işıq dirəyinə, sonra divara çırpıldı - FOTO

  Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin dəmir yolu vağzalının yaxınlığında qeydə alınıb. ...

Paşinyandan mühüm açıqlama:"Sərhədə ermənilər yerləşdiriləcək, ABŞ isə..."

Amerika şirkəti Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizinin idarəedici operatoru ola bilər.   Sfera.az “İnterfaks...

Prezident daha 2 fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə m...

İlham Əliyev ipoteka kreditləri ilə bağlı fərman imzaladı

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasında dəyi...