Baydenin son qərarı Yaxın Şərqdəki vəziyyəti GƏRGİNLƏŞDİRİR: “Sonu faciəvi ola bilər” 

Baydenin son qərarı Yaxın Şərqdəki vəziyyəti GƏRGİNLƏŞDİRİR: “Sonu faciəvi ola bilər” 

Ötən günlərdə İordaniyanın şimal-şərqində pilotsuz uçuş aparatı ilə ABŞ hərbi bazasına edilən hücum hələ də dünya mediasının müzakirə obyektidir. Xüsusilə Vaşinqtonun verəcəyi cavab hər kəsə maraqlıdır. Bu fonda, dünən Ağ Ev rəhbəri Co Bayden İordaniya və Suriya sərhədindəki Ət-Tanf bölgəsində Amerika bazasına edilən hücuma cavab vermək barədə qərar qəbul edib.

 

Maraqlıdır, Yaxın Şərqdə münaqişə ocağı genişlənə bilərmi? Baydenin qərarı hansı nəticələrə səbəb olacaq?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq İlyas Hüseynov qeyd edib ki, ABŞ Yaxın Şərqdə cərəyan edən proseslər müstəvisində HƏMAS-İsrail arasında olan müharibənin lokal xarakter daşımasına çalışırdı:

 

“Bütün səylər İranın birbaşa münaqişəyə müdaxilə etməməsinə yönəlmişdi. Tehranın proksi qüvvələr qismində iştirak etməsi hamıya aydındır, amma özü birbaşa müdaxilə edərsə, bu, Yaxın Şərqdə geniş müharibəyə gətirib çıxara bilər. Rusiya-Ukrayna müharibəsi ilə yanaşı, digər savaşın geniş miqyas alması isə ABŞ-nin maraqları çərçivəsində deyil. Bu xüsusda aviadaşıyıcıların bölgəyə göndərilməsi, müxtəlif siyasi bəyanatlar, primitiv tədbirlər həm də münaqişəni lokallaşdırmağa gətirib çıxardı. Lakin husilərin Ədən körfəzində ticarət gəmilərinə hücumları, ardınca qısamüddətli İran-Pakistan gərginliyi, Suriya və İraqda hədəflərin bombalanması ABŞ-nin bazalarının da hücuma məruz qalmasına şərait yaratdı”.

 

Müsahibimiz deyib ki, proksi qüvvələr təhdid altındadır və münaqişəyə cəlb olunublar:

 

“Müxətlif qruplaşmalar, güc mərkəzləri, hərbi iştirak payı olan bazalar hədəfə alınır və bu, bir-birinin ardınca sistematik müşahidə olunur. ABŞ hazırda məhz bazalarının hücuma məruz qalması müstəvisində cavab tədbirlərini həyata keçirməkdə maraqlıdır. Bunu da açıq şəkildə bəyan edir. Bu isə ABŞ-nin çəkindirici funksiyalarına ziddir. Ona görə də qarşıdakı dönəmdə münaqişəyə güclü geopolitik aktorların birbaşa müdaxilə edəcəyi, ümumi bölgənin gərginliyinin artırılmasına təkan vermələri gözlənilir. Əlbəttə, bunun sonu görünmür və daha da faciəvi ola bilər”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Fransa ABŞ silahlarını almayacaq

Fransa ABŞ silahlarının Avropa ölkələri tərəfindən maliyyələşdiriləcək Ukraynaya verilməsi təşəbbüsündə iştirak etmək niyyətində deyil.    Sfera...

Bakıda "Porsche"nin xanım sürücüsü maşını yolun ortasında saxlayıb mübahisə etdi, tıxac yarandı - VİDEO

Bakıda sürücü avtomobilini yolun ortasında saxlayaraq digər sürücü ilə mübahisə edib, nəticədə prospektdə nəqliyyatın hərəkəti dayanıb.   Sfera.az xə...

Flora İbadovaya icra hakimiyyətində vəzifə verildi

İbadova Flora Ədalət qızı Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatında baş məsləhətçi vəzifəsinə təyin olunub.   Sfera.az xəbər verir ki, bu bar...

Paşinyandan gecikən etiraf: “Qarabağı Azərbaycanın tərkib hissəsi kimi daha əvvəl təsdiqləməliydik”

“Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı qərarı daha tez verməli idik”.   Sfera.az xəbər verir ki, bunu Ermən...

Liderlər və övladları şəkil çəkdirdilər - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub. Həm...

İmamoğlu 1 il 8 ay müddətinə azadlıqdan məhrum edildi

Əkrəm İmamoğlu 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb....