Tramp qələbənin BİR ADDIMLIĞINDA: Ağ Evi geri ala bilər - SORĞU

Tramp qələbənin BİR ADDIMLIĞINDA: Ağ Evi geri ala bilər - SORĞU

Donald Trampın ABŞ prezidentliyinə şansı artır.

 

Sfera.az “The Telegraph”a istinadən xəbər verir ki, keçmiş Ağ Ev rəhbərinə rəğbət bəsləyənlərin sayı çoxalır. Trampın şüarları da seçicilərin marağına səbəb olur. Şüarlarda inflyasiyanın azaldılması, ipoteka faizlərini aşağı salınması vədləri daha çox eşidilir. 

 

ABŞ-də hazırda mübarizə partiyaların daxilində gedir. Respublikaçılarda Trampın yeganə rəqibi 52 yaşlı Nikki Heylidir. O, ABŞ-nin BMT-dəki keçmiş səfiri, hazırda isə Cənubi Karolina qubernatorudur.  Trapmla müqayisədə kifayət qədər cavan olan Heyliyə respublikaçı seçicilər o qədər də böyük önəm vermir. Heylinin kifayət qədər tanınmış şəxs olan Trampa qalib gəlməsi az ehtimal edilir. 

 

2016-cı və 2020-ci ildən fərqli olaraq Trampı dəstəkləyənlər arasında aqressiv insanlarla yanaşı, mülayim seçicilər də artır. Sorğular göstərir ki, mühafizəkarlar, yevangelistlər və tələbələr arasında Trampın nüfuzu yüksəlir. Eyni zamanda əvvəllər Trampa zəif dəstək verən qruplar arasında da əhəmiyyətli artım müşahidə edilir. Məsələn, 2016-cı ildəki seçkilərdə yaşı 29-dan kiçik olan seçicilərin 50 faizi Trampı dəstəklədiyi halda, sorğuya görə indi 58 faizi dəstəkləyir. Ali və orta təhsili olmayanlar arasında da Trampa rəğbət artır. Bu kateqoriya insanlar arasında ona rəğbət edənlər 10 faiz çoxalıb. Sorğulara baxanda qəti əminliklə demək olar ki, Tramp respublikaçıların vahid namizədi olacaq. Lakin sadəcə bu partiyanın seçiciləri arasında deyil, bütünlüklə ölkədə keçmiş prezidenti dəstəkləyənlərin artımı müşahidə edilir. 

 

Bəs Tramp vəziyyəti necə dəyişdi?

 

Trampın siyasi imici 2020-ci il seçkilərindən sonra pisləşmişdi. ABŞ-də heç bir keçmiş prezident seçkilərə müdaxilə etməkdə, məxfi sənədlərin Ağ Evdən qaçırılmasında ittiham edilməmişdi.  Bütün çətinliklərə baxmayaraq, Tramp vəziyyəti dəyişə və ona qarşı olan ittihamları öz xeyrinə istifadə edə bildi. 2023-cü ilin sonuna qədər sabiq Ağ Ev rəhbərinin bəyənmə reytinqləri demək olar ki, 10 faiz artıb. 

 

Keçən ay “The Telegraph” üçün keçirilən sorğuda 6 əsas ştatda - Arizona, Corciya, Miçiqan, Pensilvaniya, Cənubi Karolina və Floridada seçicilər Trampın Baydenlə müqayisədə ölkənin iqtisadi və maliyyə vəziyyətini yaxşılaşdıracağını inandıqlarını bildiriblər. Sorğular göstərir ki, payızdakı seçkidə iqtisadi mövzular seçicilərin daha çox diqqət yetirəcəyi məsələlər olacaq. Trampın bu mövzularda şansı yüksək qiymətləndirilir. 

 

Xüsusən gənc seçicilər iqtisadiyyatla bağlı çətinliklərin həllinə önəm verirlər. Gənclərin diqqət yetirdiyi digər nüans iş təhlükəsizliyi, mənzil xərcləri, tələbə kreditləri ilə bağlı məsələlərdir. Keçən ay açıqlanan sorğuya görə, Tramp 18-29 yaş arası seçicilər arasında 49 faiz dəstək aldığı halda, Baydeni dəstəkləyənlərin nisbəti 43 faizdir. 2020-ci ildə Tramp bu yaş qrupu arasında cəmi 24 faiz səs toplaya bilmişdi. 

 

Beləliklə, seçki kampaniyası davam etdikcə Trampa rəğbət göstərənlər artır. Bir il əvvəl amerikalılar Trampın prezidentlik planlarına baxaraq bir-birlərinə “Tramp həqiqətən qalib gələ bilərmi?” sualını verirdilər. İndi sual fərqlidir: “Trampı məğlub edə bilərmi?”

 

Vasif


 


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev ipoteka kreditləri ilə bağlı fərman imzaladı

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasında dəyi...

Beyləqanda qadın qətlə yetirildi - 23 yaşlı oğlan TUTULDU

Beyləqanda qətl hadisəsi baş verib. Hadisə rayonun Bolsulu kəndində qeydə alınıb.    Sfera.az xəbər verir ki, belə ki, 1967-ci il təvəllüdl...

Gümüşün qiyməti davamlı artacaq - Proqnoz

ABŞ-nın böyük investisiya banklarından olan "Citigroup" hesab edir ki, yaxın aylarda gümüşün bir troya unsiyasının qiyməti 40 dolları ötəcək.  ...

Azərbaycanda mopedlərin iştirakı ilə baş verən ağır qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ

Bu ilin 6 ayı ərzində respublika yollarında moped və motosiklet sürücülərinin təqsiri səbəbindən 17 yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbə...

Fransa ABŞ silahlarını almayacaq

Fransa ABŞ silahlarının Avropa ölkələri tərəfindən maliyyələşdiriləcək Ukraynaya verilməsi təşəbbüsündə iştirak etmək niyyətində deyil.    Sfera...

Bakıda "Porsche"nin xanım sürücüsü maşını yolun ortasında saxlayıb mübahisə etdi, tıxac yarandı - VİDEO

Bakıda sürücü avtomobilini yolun ortasında saxlayaraq digər sürücü ilə mübahisə edib, nəticədə prospektdə nəqliyyatın hərəkəti dayanıb.   Sfera.az xə...