Psixoloq efirə yaraşmayan xanım aparıcılardan DANIŞDI: "Zamanında sevgi görmədikləri üçün..."
Son zamanlar məşhurların sosial media paylaşımlarına baxmaq kifayət edir ki, geyim tərzlərinin necə dəyişdiyini görək. Yalnız tanınmışlar deyil, qadınların da bir çoxu açıq, dekolteli geyinməyə üstünlük verirlər.
Bəs qadınlar nəyə görə bədənlərini nümayiş etdirmək ehtiyacı duyurlar?
Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Gülnar Orucova bildirib ki, insanlar ətrafda, digər insanlarda gördüklərini özlərində tətbiq etmək istəyir. Başqalarını təqlid etmək dövrümüzün problemlərindən birinə çevrilib. Əvvəlki teleaparıcılarımız, məsələn, Ofelya Sənani, Nailə İslamzadə kimi qadınlar öz geyim tərzləri ilə daima seçilib. Onlar özlərinə hörmət edən xanımlar idi. İndiki efirə çıxanların çoxu isə öz geyim tərzləri ilə səhnəyə, efirə yaraşmırlar. İndi pulu olan hər insan estetik əməliyyatlara üz tutur”.
Psixoloq bildirib ki, açıq geyinən qadınlar bu cür geyim tərzi ilə diqqət çəkmək istəyir.
“Qadın, zamanında sevgi görmədiyi üçün bu üsullarla sevgi axtarışına çıxır. Məhz Azərbaycan üçün geyim əxlaqın göstəricisidir. Bu ölkədə insanları geyiminə görə qarşılayırlar. İndiki efirə çıxanların bəziləri nümunə götürülə biləcək insanlar deyil. O qədər əməliyyat etdiriblər ki, millətini ayırd etmək çətinləşib. Qadın özgüvənini açıq geyimləri ilə artıra bilməz. Qadın ağlı, bacarığı, zəhməti ilə qazandıqları ilə seçilməlidir”.
Ülkər Abdurahmanlı