Viktoriya Nuland Kiyevə gedib - FOTO

Siyasət
14:43 / 31.01.2024
4949
ABŞ dövlət katibinin birinci müavini Viktoriya Nuland Ukraynaya səfər edib.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfiri Bricet Brink "X" hesabında paylaşım edib.
"Bu gün biz hökumət liderləri, veteranlar və vətəndaş cəmiyyəti ilə görüşəcəyik, Ukraynada Rusiya təcavüzünə qalib gəlmək üçün birgə öhdəliyimizi vurğulayacağıq", - amerikalı diplomat qeyd edib. (APA)