"Qlobal istiləşmə kəpənəklərə də təsir edir" - Alimlərdən HƏYƏCAN TƏBİLİ

Kəpənəklərdə müəyyən dəyişikliklər müşahidə olunur.

 

Sfera.az “Telegraph”a istinadən xəbər verir ki, ingiltərəli alimlərin araşdırmasına görə,  buna səbəb iqlim dəyişikliyi və qlobal istiləşmədir. Bildirilib ki, qeyd olunanlar nəticəsində kəpənəklərin üzərindəki bəzəklər dəyişməyə başlayıb.

 

Məsələn, Böyük Britaniyada görülən açıq qəhvəyi rəngli kəpənəyin qanadlarında olan nöqtələr isti hava ilə mübarizə mexanizmi kimi yox olur. Alimlərin fikrincə, erkək kəpənəklər buna daha az məruz qalır, amma dişilərin görünüşü istidən asılı olaraq dəyişir. 

 

"Ecology & Evolution" jurnalında dərc edilən məlumatlar göstərir ki, 11C temperaturda kəpənəklərin orta hesabla altı ləkəsi olub, lakin 15C-də bu, ikiyə enib. Professor Frenç Konstant mövzu ilə bağlı nəşrə bunları deyib: “Tapıntılarımız göstərir ki, dişilərin pup mərhələsində (kəpənək kimi ortaya çıxmazdan əvvəlki dövr) yüksək temperatur zamanı arxa qanad ləkələrinin daha az hissəsi görünür. Bu, kəpənəklərin şəraitə uyğun olaraq özlərini gizlətdiyini göstərir. Məsələn, daha az ləkə ilə, isti havalarda daha çox rast gəlinən quru, qəhvəyi otda bu kəpənəkləri aşkar etmək çətin ola bilir”.

 

Alimlərin fikrincə, iqlim dəyişməyə və temperatur yüksəlməyə davam etdikcə, gələcəkdə kəpənəklər üzrəindəki bəzəklərin miqdarı da azalacaq. Dörd bəzək norma kimi görünür və sonra, xüsusilə isti və ya soyuq illərdə bu rəqəm dəyişir. “Pup mərhələsində hər nöqtənin temperatura fərqli həssaslığı var. Əsas məqam odur ki, görünən işarə və ya bəzəklər yox olmağa daha meyilli olur. Əminliklə deyə bilərik ki, 4C artım gözlənilən nöqtənin cəmini altıdan ikiyə endirir. Hər nöqtə üçün bir dərəcə yetir, lakin bütün işarələr bərabər deyil”, deyə Frenç Konstant əlavə edib.

 

O qeyd edib ki, kəpənəyin bəzəksiz doğulması da mümkündür, lakin bu, yəqin ki, genetikdir: “Böyükləri çıxmaq şərtilə, bir kəpənəyin 10-a qədər bəzəyi ola bilər, onlardan beşi ön qanadda, beşi isə arxa qanaddadır. Bu da onları saymağı çətinləşdirir. Kəpənəklərin mənsub olduğu “Lepidoptera” ailəsinin ətraf mühitin təzyiqlərinə cavab olaraq görünüşlərini sürətlə və yalnız bir neçə nəsildə dəyişdirə bildiyi də məlumdur. Məsələn, bibərli güvənin yaşadığı ərazi daha çirkli olduqda o, tünd rəng ala bilir. Onlar his ilə çirklənmiş ağaclara və likenlərə daha yaxşı qarışır”.

 

Baxmayaraq ki, insektisidlər (həşəratlarla birbaşa təmasda istifadə edilən dərmanlar), iqlim dəyişikliyi və yaşayış yerlərinin olmamasına görə bir çox yerli növlərin kökünün kəsildiyi istiqamətində xəbərdarlıqlar var, İngiltərəd kəpənəklərin sayı 2022-ci ildə ən aşağı səviyyəyə çatıb. Lakin keçən il “Kəpənəkləri Mühafizə Təşkilatı” sayəsində sağlam bir mənzərə ortaya qoyulub.

 

İyulun 14-dən avqustun 6-dək qeydə alınan 1,5 milyondan çox kəpənək və gündüz uçan güvə ilə kəpənəklərin sayı dörd il ərzində ən yaxşı göstərici olub. Havaların isti keçməsi buna kömək etsə də, uzunmüddətli tendensiyalar hələ də narahatlıq doğurur. Eyni zamanda, xeyriyyə təşkilatı bununla bağlı xəbərdarlıqlar edib. Kəpənəklərin Mühafizəsinin Elm rəhbəri Riçard Foks,  "Böyük Britaniyada kəpənəklərin qarşılaşdığı ən böyük təhlükələrdən biri yaşayış yerlərinin itirilməsidir”, deyib. O, fikirlərini bu cür davam etdirib: “Hava əlbəttə ki, ildən-ilə rəqəmlərə təsir edir. Amma  kəpənəklər, güvələr və bir çox digər növlər ümumiyyətlə, dəyişkən hava şəraitinin öhdəsindən gələ bilirlər. Onların aciz olduğu məsələ yaşayış mühitinin məhv edilməsidir. Kəpənəklərin yaşamaq üçün bir yerə ehtiyacı var. Təbiətə uyğun yaşayış mühiti formalaşdırılsa,  bu, azalan kəpənəklərin də taleyinə təsir edəcək”, - mütəxəssis vurğulayıb. 

 

İnci


 


OXŞAR XƏBƏRLƏR

Flora İbadovaya icra hakimiyyətində vəzifə verildi

İbadova Flora Ədalət qızı Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatında baş məsləhətçi vəzifəsinə təyin olunub.   Sfera.az xəbər verir ki, bu bar...

Paşinyandan gecikən etiraf: “Qarabağı Azərbaycanın tərkib hissəsi kimi daha əvvəl təsdiqləməliydik”

“Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı qərarı daha tez verməli idik”.   Sfera.az xəbər verir ki, bunu Ermən...

Liderlər və övladları şəkil çəkdirdilər - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub. Həm...

İmamoğlu 1 il 8 ay müddətinə azadlıqdan məhrum edildi

Əkrəm İmamoğlu 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb....

Rusiyada neft-qaz hasilatı azalıb: "Ödənişlərlə bağlı çətinliklər yaşayırıq"

Bu il Rusiyada neft və qaz hasilatında azalma müşahidə edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın energetika nazir...

Azərbaycanlılar vizasız bu ölkələrə səyahət edə bilərlər - SİYAHI

Yay fəslinin gəlişi ilə birlikdə səyahət planları da aktuallaşır. İsti günlərdə dincəlmək, yeni ölkələr kəşf etmək istəyənlər ilk olaraq vizasız və ya sadələşdi...