Çexiya Deputatlar Palatasının sədri Azərbaycana gələcək

Siyasət
13:53 / 31.01.2024
5792
Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova fevralın 1-də Azərbaycana səfər edəcək.
Bu barədə Sfera.az-a Çexiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Çexiya parlamentinin Deputatlar Palatası sədrinin regiona səfərinin mühüm hissəsini Bakıya səfər təşkil edir.
Qeyd edək ki, M.P.Adamova hazırda Ermənistanda səfərdədir.