FACİƏ: 4 uşaq atasının başını kəsib yol kənarına atdılar - VİDEO
Hadisə
13:08 / 31.01.2024
8492
Türkiyədə dəhşətli qətl hadisəsi olub.
Sfera.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Aydın şəhərinin Söke-Kuşadası yolunda baş verib. Burada yol kənarında başı kəsilərək kisəyə qoyulan naməlum kişi meyiti tapılıb. Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları meyitin 4 uşaq atası Şerafettin Akalına məxsus olduğu üzə çıxıb.
Aparılan araşdırmalar zamanı hadisəni törətməkdə şübhəli bilinən diş həkimi 34 yaşlı A.Ö. və digər iki nəfər saxlanılıb. A.Ö. yol kənarında Ş. Akalınla münaqişə yaşadığını, qarşı tərəfin ona balta ilə hücum etdiyini və bunun qarşılığında məlum cinayəti törətdiyini etiraf edib.
Hər üç şəxs məhkəmə qərarı ilə həbs edilib.