Ermənistan daxilində XAOS: Qərb Paşinyanı onunla ƏVƏZ EDƏ BİLƏR

Ermənistan daxilində XAOS: Qərb Paşinyanı onunla ƏVƏZ EDƏ BİLƏR

Son günlər erməni mediasında Nikol Paşinyanın “kreslo”sundan endiriləcəyi ilə bağlı məlumatlar yayılır. Qeyd olunur ki, onu, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan əvəz edə bilər və bu şəxs məhz Qərb tərəfindən seçilib. Digər tərəfdən, qatı anti-Rusiyaçı kimi tanınan Armen Qriqoryan demək olar, hər ay ABŞ-yə səfər edən yeganə Ermənistan rəsmisidir.

 

Qərbin tezliklə Paşinyanı başqası ilə əvəz etmək fikri varmı?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə Ermənistan hakimiyyəti daxilində fikir ayrılıqlarının formalaşdığını deyib:

 

“Xüsusilə, Armen Qriqoryanın ABŞ-yə, Avropa ölkələrinə rəsmi səfərləri, Qərb diplomatları ilə görüşləri hakim “Mülki Müqavilə” partiyası tərəfindən narahatlıqla qarşılanır. Hesab edirəm ki, Qərb alternativ kimi Qriqoryana da dəstək verə bilər. Nikol Paşinyan dəyişkən siyasətçidir, istənilən zaman onun, Qərblə əlaqələri yenidən dayandırıb Rusiya ilə strateji müttəfiqliyi davam etdirməsi mümkündür. Qərbdə də bunu görürlər və düşünürlər ki, Ermənistanla danışıqlar aparmaq üçün Armen Qriqoryan daha etibarlı fiqurdur”.

 

Müsahibimiz bildirib ki, hakim “Mülki Müqavilə” partiyasının bəzi üzvləri məsələ ilə bağlı iki yerə parçalanıb:

 

“Bir qrup Qriqoryanı, bir qrup isə Paşinyanı dəstəkləyir. Bu təbii ki, partiya daxilində gedən müzakirələrdir. Amma göründüyü kimi, bu məsələ ictimai xarakter daşıyır və erməni mətbuatının da gündəmi olub. Deməli, artıq narazılıqlar baş qaldırır. Paşinyan Qriqoryanı rəqib görərsə, dərhal onu zərərsizləşdirilməsinə başlayacaq. Görünür, Qərb tərəfindən Armenə ciddi dəstək var və ona qarşı bu cür təzyiqlərin olduğunun şahidi oluruq. Düşünürəm ki, növbəti parlament seçkilərində Qərb Paşinyana deyil, Qriqoryana dəstək verə bilər”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Ukrayanaya nə qədər silah lazımdır?

ABŞ Prezidenti Donald Tramp artıq Ukraynaya Patriot hava hücumundan müdafiə sistemlərini göndərməyə başlayıb. Bu, münaqişə zonasında müdafiə qabiliyyətini güclə...

Həftəsonunadək hava necə olacaq?

Həftənin sonunadək ölkə ərazisinin hava şəraitində dəyişiklik gözlənilməsə də, son günlər müşahidə olunan cənub-şərq küləyi Abşeron yarımadasında şimal, şimal-ş...

Gəncədə avtomobil işıq dirəyinə, sonra divara çırpıldı - FOTO

  Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin dəmir yolu vağzalının yaxınlığında qeydə alınıb. ...

Paşinyandan mühüm açıqlama:"Sərhədə ermənilər yerləşdiriləcək, ABŞ isə..."

Amerika şirkəti Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizinin idarəedici operatoru ola bilər.   Sfera.az “İnterfaks...

Prezident daha 2 fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə m...

İlham Əliyev ipoteka kreditləri ilə bağlı fərman imzaladı

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasında dəyi...