Makronun “kreslosu” TƏHLÜKƏ ALTINDA: Artan etirazlar, aqressiv fermerlər, ərzaq qıtlığı...

Makronun “kreslosu” TƏHLÜKƏ ALTINDA: Artan etirazlar, aqressiv fermerlər, ərzaq qıtlığı...

Fermerlər gəlirlərin azalması ilə əlaqədar Fransada bir neçə gündür, kütləvi etiraz aksiyaları keçirirlər. 

 

Sfera.az “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, fermerlərin gəlirlərinin azalmasına təsir edən əsas amillər yüksək inflyasiya, ucuz idxal mallarının artması, eyni zamanda Avropa İttifaqının (Aİ) ekoloji standartları ağırlaşdırması və kənd təsərrüfatı sahəsinin tənzimlənməsində sərt qaydaların tətbiqidir.

 

Nəşr yazır ki, fermerlərin etirazları getdikcə daha da güclənir, həmçinin iştirakçıların davranışlarında radikallıq artır. Aksiyaya 10 000-ə yaxın fermerin 5 000 kənd təsərrüfatı texnikası ilə qoşulduğu bildirilir. Fransız fermerlər artıq Parisi mühasirəyə alıblar, paytaxtın ərzaq məhsulları ilə təminatında çətinliklər yaranıb. Şəhər bələdiyyəsinin açıqlamasına görə, belə davam edərsə, parislilər üç gündən sonra ciddi ərzaq qıtlığı ilə üzləşəcəklər. 

 

Qeyd edək ki, 2021, 2022 və 2023-cü illər ərzində Avropada, o cümlədən Fransada yüksək qiymət artımları müşahidə edilib. Bu səbəbdən kənd təsərrüfatı məhsullarının satış həcmi azalıb və nəticədə istehsalçıların gəlirində azalma baş verib. Bahalaşma yaxın ölkələrdən Avropaya ucuz məhsulların idxalını da artırıb. Ucuz idxal mallarının bazarı tutması onsuz da yetəri qədər məhsul sata bilməyən fransız fermerlərin qazancını bir qədər də azalıb. 

 

Bu proseslər fonunda Aİ ekoloji tələbləri də artırıb. Yeni qaydalara görə, fermerlərin Aİ-nin subsidiyalarından faydalana bilməsi üçün kənd təsərrüfatı ərazisinin dörd faizini istifadə etməməlidirlər. Yeni tələb də kənd təsərrüfatı məhsullarının dəyərinin artmasına səbəb olub. 

 

Fransa hökuməti Aİ liderlərinin müzakirəsi zamanı fermerlərin maraqlarını müdafiə edəcəyini bəyan edib. Lakin fermerlər vədə inanmırlar. “The Telegraph” xatırladır ki, bundan öncə də əhalinin narazılığına səbəb olan dəyişikliklərlə bağlı hökumət düzəlişlərin ediləcəyini bildirsə də, sonradan vədinə xilaf çıxıb. Buna görə də etiraz edən fermerlər vədlər yerinə yetirilənə qədər aksiyaları keçirməkdə israrlıdırlar. 

 

Aksiyaların müddətinin uzanması etirazçıları hiddətləndirir. Artıq bir neçə yerdə Parisin şəhər təsərrüfatına, inzibati binalara zərər vurulub, yanğınlar baş verib. Yaranmış vəziyyət dəyişməyəcəyi təqdirdə, həm Fransa iqtisadiyyatı zərər görəcək, həm də mövcud iqtidarın hakimiyyətdə qalma şansları azalacaq.

 

Vasif


 


OXŞAR XƏBƏRLƏR

Beyləqanda qadın qətlə yetirildi - 23 yaşlı oğlan TUTULDU

Beyləqanda qətl hadisəsi baş verib. Hadisə rayonun Bolsulu kəndində qeydə alınıb.    Sfera.az xəbər verir ki, belə ki, 1967-ci il təvəllüdl...

Gümüşün qiyməti davamlı artacaq - Proqnoz

ABŞ-nın böyük investisiya banklarından olan "Citigroup" hesab edir ki, yaxın aylarda gümüşün bir troya unsiyasının qiyməti 40 dolları ötəcək.  ...

Azərbaycanda mopedlərin iştirakı ilə baş verən ağır qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ

Bu ilin 6 ayı ərzində respublika yollarında moped və motosiklet sürücülərinin təqsiri səbəbindən 17 yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbə...

Fransa ABŞ silahlarını almayacaq

Fransa ABŞ silahlarının Avropa ölkələri tərəfindən maliyyələşdiriləcək Ukraynaya verilməsi təşəbbüsündə iştirak etmək niyyətində deyil.    Sfera...

Bakıda "Porsche"nin xanım sürücüsü maşını yolun ortasında saxlayıb mübahisə etdi, tıxac yarandı - VİDEO

Bakıda sürücü avtomobilini yolun ortasında saxlayaraq digər sürücü ilə mübahisə edib, nəticədə prospektdə nəqliyyatın hərəkəti dayanıb.   Sfera.az xə...

Flora İbadovaya icra hakimiyyətində vəzifə verildi

İbadova Flora Ədalət qızı Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatında baş məsləhətçi vəzifəsinə təyin olunub.   Sfera.az xəbər verir ki, bu bar...