Evində “Pitminutka” işlədənlərin DİQQƏTİNƏ: Təhlükəsizliyiniz üçün bunları etməlisiniz!

Evində “Pitminutka” işlədənlərin DİQQƏTİNƏ: Təhlükəsizliyiniz üçün bunları etməlisiniz!

Yayılan məlumatlara görə, əhaliyə xəbərdarlıq edilərək, su qızdırıcılarının hamam otaqlarında istifadəsinin qarşısı alınır. Hətta bir sıra mənzillərdə qaz xətləri möhürlənib və su qızıdırıcılarına qazın verilişi dayandırılıb. Səbəb isə bu avadanlıqların hamam otağında quraşdırılmasının qadağan olmasıdır.

 

Belə ki, 2009-cu ildə qüvvəyə minmiş "Qaz təchizatı. Layihələndirmə normaları"na əsasən, su qızdırıcı cihazların vanna otaqlarına qoyulmasına yol verilmir. Əvvəllər vanna otaqlarında yerləşdirilən su qızdırıcıları yenidənqurma işləri aparılaraq mətbəxlərdə və ya qeyri-yaşayış otaqlarında yerləşdirilməlidir. Digər tərəfdən, ölkədə kifayət qədər qeyri-yaşayış otağı və ya mətbəxində su qızıdırıcısının yerləşdirilməsi üçün lazımi yeri olmayan, kiçik evlərdə yaşayan insanlar var. 

 

Bəs onlar su qızdırıcılarını harada yerləşdirməlidir? 

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, evin otaq sayından asılı olmayaraq bu normativlərə əməl edilməlidir:

 

“Ümumiyyətlə, qaz təchizatı harada varsa, deməli, orada təhlükə var. Qazdan düzgün istifadə olunmadıqda dəm qazı əmələ gəlir. Ona görə də qaz təsərrüfatı olan yerdə təhlükəsizlik ön planda olmalıdır. Evin otaq sayından asılı olmayaraq, qaz sobası və ya su qızdırıcısı olan otağın həcmi həmin avadanlıqların işlək funksiyalarına uyğunlaşdırılmalıdır. Mütləq bu avadanlıqların quraşdırıldığı otaqda havalandırma, həm qaz sızması, həm də dəm qazı əleyhinə detektor olmalıdır. Bunlara əməl olunmaması yanma prosesinə maneə yaradaraq dəm qazının yaranmasına gətirib çıxaracaq”.

 

Ekspert qeyd edib ki, qaz sobası və su qızdırıcısının quraşdırılması üçün evin 20 kvadrat metr olması yetərlidir:

 

“1 otaqlı evlərin minimum 15 kvadrat metr olduğunu nəzərə alsaq, pəncərənin yanında qaz sobasını da, su qızdırıcısını da yerləşdirmək olar. Bazarda seçim çox olsa da, daha təhlükəsiz su qızdırıcılarından istifadə olunması məqsədəuyğundur. Eyni zamanda, vətəndaşlara qaz sobası və su qızdırıcısından başqa alternativlərin də olduğunu xatırlatmaq lazımdır. Məsələn, mərkəzi istilik sistemi və ya kombi olan evlərdə dəm qazından zəhərlənmə halları mövcud deyil. Bu avadanlıqlar çöldə yerləşdirilir, evdə həm istiliyi, həm də isti suyun gəlməsini təmin edir”.

 

Firuzə Əliyeva 
 


OXŞAR XƏBƏRLƏR

Benzin və dizel BAHALAŞACAQ

Türkiyədə valyuta məzənnələrindəki dəyişkənlik, neftin qiymətinin artması səbəbindən benzin və dizel yanacağında qiymət artımı gözlənilir.   Sfera.az...

Flora Kərimovanın səhhəti necədir? - AÇIQLAMA
"Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında səhnədə sözünü deyib. Televerilişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi bağda...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.   Sfera.az-ın məlumatına görə, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya ç...

“Uzaq Şəhər” serialı möhtəşəm finala hazırlaşır – Tarix açıqlandı

Türkiyənin 2025-ci ildə ən çox izlənilən seriallarından olan “Uzaq Şəhər” ilk mövsümünün finalına yaxınlaşır. Reytinq rekordları qıranekran  iş...

Bu məkanda qiymət 5 dəfə artdı...

Deyirik ki, turizm Azərbaycanda prioritet sahədir. Amma baxırsan, bu sahədəki qərarlar ya gecikir, ya da ümumiyyətlə, hədəfsiz görünür. Məsələn, Qobustan qoruğu...

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...