ABŞ-nin YANLIŞ ADDIMLARI: "Üçüncü Dünya müharibəsi YAXINLAŞIR"

ABŞ-nin YANLIŞ ADDIMLARI:

“Ukraynadakı döyüşlərdən sonra Rusiyanın növbəti hədəfinin Baltikyanı ölkələr, İsveç və Finlandiya olmasına dair iddialar absurddur. Qərb artıq iki ildən az müddətdə Ukraynaya 200 milyard dollardan çox vəsait ayırıb”.

 

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O qeyd edib ki, Qərbin Ukrayna ilə bağlı hazırladığı layihə pozulub və bunu özləri də başa düşürlər.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, rəsmi Moskvanın verdiyi açıqlama ictimai rəyi formalaşdırmağa hesablanıb və Lavrov bununla xalq arasında ruh düşkünlüyünün qarşısını almağa çalışır:

 

“Lavrov nəzərə almalı idi ki, Rusiya hələ müharibə başlamazdan əvvəl üç gün içində Kiyevə daxil olacağını deyirdi. Amma bu, olmadı. Əksinə, döyüşlər artıq Rusiya ərazisinə daxil olub. Əslində Lavrovun dediklərində həqiqət çox azdır. Məsələ ondan ibarətdir ki, Ukraynadakı müharibə xeyli dərəcədə Qərbdən idarə olunur. Xüsusilə ABŞ savaşın nəticəsində həlledici rol oynaya bilər. Sabiq Ağ Ev rəhbəri Donald Tramp yenidən hakimiyyətə gəlsə, müharibəni bir sutkaya bitirə biləcəyini demişdi. Əslində bu, heç də utopiya deyil, əksinə, reallıqdır. Çünki ABŞ hazırda davam edən müharibədə həlledici aktordur. Lavrovun iddiasından fərqli olaraq, indi ABŞ istəsə, asanlıqla Ukraynaya dəstəkdən imtina edə bilər. Onsuz da Ukraynanın qurban və poliqon olduğunu çoxları bilir”.

 

Müsahibimiz bildirib ki, Vaşinqton hələ ki, Ukraynaya dəstəyi dayandırmaq istəmir:

 

“Kiyev hələ missiyasını tamamlamayıb. ABŞ isə Ukrayna vasitəsilə Rusiyanı zəiflətmək strategiyasını davam etdirir. O da düzdür ki, hər şey Qərbin planlaşdırdığı kimi olmadı. Xüsusilə Ukraynanın əks-hücum əməliyyatlarının uğursuzluğu Qərbi məyus etmiş ola bilər. Mümkündür ki, rəsmi Vaşinqton proseslərin gedişindən asılı olaraq özünün strategiyasını dəyişir. Xüsusilə prezident seçkiləri ərəfəsində ABŞ maliyyə xərclərinə daha ehtiyatla yanaşır. Beləliklə, hər iki tərəfin - həm Rusiyanın, həm də Qərbin yanlış hesablamaları vəziyyəti idarəolunmaz hala gətirir. Üç günə bitməsi gözlənilən müharibə Üçüncü Dünya müharibəsini yaxınlaşdırır”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Paşinyandan mühüm açıqlama:"Sərhədə ermənilər yerləşdiriləcək, ABŞ isə..."

Amerika şirkəti Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizinin idarəedici operatoru ola bilər.   Sfera.az “İnterfaks...

Prezident daha 2 fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə m...

İlham Əliyev ipoteka kreditləri ilə bağlı fərman imzaladı

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasında dəyi...

Oquldjaxan Atabayeva və Leyla Əliyeva Heydər Əliyev Mərkəzini ZİYARƏT ETDİLƏR

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 16-d...

Beyləqanda qadın qətlə yetirildi - 23 yaşlı oğlan TUTULDU

Beyləqanda qətl hadisəsi baş verib. Hadisə rayonun Bolsulu kəndində qeydə alınıb.    Sfera.az xəbər verir ki, belə ki, 1967-ci il təvəllüdl...

Gümüşün qiyməti davamlı artacaq - Proqnoz

ABŞ-nın böyük investisiya banklarından olan "Citigroup" hesab edir ki, yaxın aylarda gümüşün bir troya unsiyasının qiyməti 40 dolları ötəcək.  ...