“Hər kəs ikinci şansa layiqdir” - Həbsxanada öz biznesini quran qadın

“Hər kəs ikinci şansa layiqdir” - Həbsxanada öz biznesini quran qadın

Kanadalı Emily O'Brien narkotik qaçaqmalçılığında təqsirli bilinərək həbs edilib. 26 yaşlı gənc qadın Hamilton həbsxanasında dörd il həbs cəzası çəkib. Bu müddət ərzində o, yeni bir iş ideyası ilə həyatına yenidən başlayıb.
 

Sfera.az Emily O'Brienin həbsxanadan çıxdıqdan sonra həyatını dəyişdirən uğur hekayəsini təqdim edir.


Emily O'Brien əvvəllər çətin və xoş olmayan həyat şərtləri altında yaşasa da, bütün çətinliklərin öhdəsindən gələ bilib. O, həbsdən çıxdıqdan sonra çətinliyə düşən insanlara kömək edir.
 

Bir dəfə dəmir barmaqlıqlar arxasında qalan qadın hər kəsin ikinci şansa layiq olduğunu sübut etmək qərarına gəlib. O, bu yaxınlarda həbsxanada olarkən həyatını necə dəyişdiyini danışıb.
 

2013-cü ildə, 23 yaşında Emily “Liberty Village” vasitəsilə ilk sosial media şirkətini qurub. Bu layihə əsasən mənzillərin kirayəsini nəzərdə tutur. Tez bir zamanda müştərilər tapan qız, uğurlu iş qurmağı bacarıb. Bununla belə, onun şəxsi həyatı ailə problemləri və alkoqoldan asılılığın artması səbəbindən pozulub. Bəzən o, çətinliklərlə mübarizə mexanizmi kimi narkotik də qəbul edib.
 

Bu çətinliklərin fonunda Emily əvvəlcə sakit və xeyirxah görünən bir oğlanla tanış olur. Lakin oğlan Sent-Lüsiyaya səfəri zamanı Emiliyə sərhəddən narkotik keçirməyi təklif edir. Emily vəziyyətin ciddiliyini tam dərk etmədən onunla razılaşır.
 

"Səyahətimizin ilk iki günündə kurortda reaktiv xizəklə əyləndik. Lakin üçüncü səhər o, məni sakit bir yol ilə uçuq otelə apardı. Tezliklə məlum oldu ki, o, mənim pasportumdan istifadə edib (narkotik alverçilərinə kuryer olduğunu bildirmək üçün şəkil verilir). Pansionatdakı qadın bizə dörd kiloqram kokain verdi. Aeroportda bir kiloqramı şortumun arxasına gizlətdim, digərini isə qabağından boş bağladım. Bir qutu salfet içərisində gizlətmişdim. O, məni əmin etdi ki, hər şey yaxşı olacaq, hüquq-mühafizə orqanları heç nədən şübhələnməyəcəklər”.




Kanadaya endikdən sonra Emiliy gömrükdən keçərkən işçilər ona yaxınlaşıb. Narkotik vasitələrin daşınması ilə bağlı sualla müşayiət olunan axtarış təyin edilib. Emily dözməyərək, üzərində kokain olduğunu etiraf edib.
 

Emily şərti azadlığa buraxılır və bu, ona iş tapmaq imkanı verir.
 

Qız həftə sonunu həbsxanada keçirib, bundan sonra valideynləri girov ödəmək şərtilə, onu evə aparıblar. İki il yarımlıq ev dustaqlığından sonra, nəhayət, 2018-ci ilin yanvarında Emilinin məhkəməsi keçirilib. Vəkilinin məsləhəti ilə hərəkət edərək, o, təqsirli olduğunu etiraf edib. Gələcəkdə şərti azadlığa buraxılma ehtimalı olmaqla, o, dörd il müddətinə azadlıqdan məhrum edilib.


Emily cəzasını Hamilton həbsxanasında çəkib. Onun sözlərinə görə, məhbus qadınların arasında aşpazlar, sənətçilər və hər biri həbsdən sonrakı həyatın çətinliklərinə hazırlaşan analar var.
 

"Biz həftəlik 36 dollarımızı qida məhsullarına xərcləməyə, ortaq yeməklər yaratmaq üçün əlimizdəkiləri birləşdirməyə və bəzən özümüzü müalicə etməyə sərf edirdik. Popkorn isə hamının sevimlisi idi".


Bir gün qız yalnız mövcud variantlardan istifadə edərək popkorn üzərində limon bibəri və şüyüdü sınaqdan keçirdib. Nəticə isə möcüzəvi olub və o, popkorn biznesinə başlamaq fikrinə düşüb.

 

Emily, 2018-ci ilin dekabrında şərti azadlığa buraxılıb. Bu ona iş tapmaq və Hamilton ətrafında hərəkət etmək imkanı verib. Qız idman zalında iş tapıb, qazancını həyatını yenidən qurmaq və biznesinə pul yığmaq üçün xərcləyib. 2020-ci ildə o, keçmiş məhbusları işə cəlb etməklə, cəzalarını çəkdikdən sonra cəmiyyətə yenidən inteqrasiya etmək və həbsxana damğası ilə mübarizə aparmağı qarşısına məqsəd qoyan “Comeback Snacks” popkorn şirkətini işə salıb.
 

Emily öz ideyasını vebsayt və sosial media vasitəsilə yayıb.

 

Tezliklə şərab zavodları və barlar kimi digər müəssisələr onun məhsulları ilə maraqlanmağa başlayıb və bu, şirkətin böyüməsinə səbəb olub. Hazırda şirkətdə hər biri əvvəllər həbsdə olan beş nəfər çalışır. “Comeback Snacks”ın Kanada və ABŞ-da 800 yerdə səyyar filialı var.
 

"Satışın bir faizi məhkəmə, həbs və inteqrasiyadan keçən qadınlara xidmət göstərən “Elizabeth Fry Society” fonduna ianə üçün gedir. Mən də həbsxanada vaxt keçirmişəm və mənim missiyam reabilitasiya haqqında düşüncə tərzimizi dəyişdirməkdir. Hər kəs ikinci şansa layiqdir, xüsusilə çətin həyat şərtləri və pis insanların qurbanı olmuş qadınlar"-deyə Emily bildirir.

 

Xanım

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Gümüşün qiyməti davamlı artacaq - Proqnoz

ABŞ-nın böyük investisiya banklarından olan "Citigroup" hesab edir ki, yaxın aylarda gümüşün bir troya unsiyasının qiyməti 40 dolları ötəcək.  ...

Azərbaycanda mopedlərin iştirakı ilə baş verən ağır qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ

Bu ilin 6 ayı ərzində respublika yollarında moped və motosiklet sürücülərinin təqsiri səbəbindən 17 yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbə...

Fransa ABŞ silahlarını almayacaq

Fransa ABŞ silahlarının Avropa ölkələri tərəfindən maliyyələşdiriləcək Ukraynaya verilməsi təşəbbüsündə iştirak etmək niyyətində deyil.    Sfera...

Bakıda "Porsche"nin xanım sürücüsü maşını yolun ortasında saxlayıb mübahisə etdi, tıxac yarandı - VİDEO

Bakıda sürücü avtomobilini yolun ortasında saxlayaraq digər sürücü ilə mübahisə edib, nəticədə prospektdə nəqliyyatın hərəkəti dayanıb.   Sfera.az xə...

Flora İbadovaya icra hakimiyyətində vəzifə verildi

İbadova Flora Ədalət qızı Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatında baş məsləhətçi vəzifəsinə təyin olunub.   Sfera.az xəbər verir ki, bu bar...

Paşinyandan gecikən etiraf: “Qarabağı Azərbaycanın tərkib hissəsi kimi daha əvvəl təsdiqləməliydik”

“Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı qərarı daha tez verməli idik”.   Sfera.az xəbər verir ki, bunu Ermən...