Kseniya Sobçak ana oldu
Maqazin
13:53 / 18.11.2016
1059
Məşhur rusiyalı teleaparıcı Kseniya Sobçak ana olub.
"Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, aparıcı ilk övladını paytaxt xəstəxanalarından birində dünyaya gətirib. Bu barədə Sobçak özü instagram hesabında yazıb: "18.11.16 indi ən xoşbəxt gündür. Mən yaraşıqlı oğlan anasıyam".
Cakuzisi, ekskluziv yeməkləri və beşulduzlu otel səviyyəsində xidmət göstərilən elit palataya yerləşdirilən Sobçak bunun üçün 930 min rubl xərcləyib.
Qeyd edək ki, aparıcının əri Maksimin ilk evliliyindən uşaqları var. Sobçak isə onun 3-cü həyat yoldaşıdır.