"İmkan vermərəm ki, Putinin zənginə süpürgəçi cavab versin" - Pekka Haavisto

Finlandiyada keçirilən prezident seçkilərinin ikinci turunun əsas rəqibləri olan keçmiş baş nazir Aleksandr Stubb və keçmiş xarici işlər naziri Pekka Haavisto Rusiya prezidenti Vladimir Putinin telefon zənginə cavab verib-verməyəcəklərini və seçiləcəkləri təqdirdə Kreml rəhbərinin təbrikini qəbul edib-etməyəcəyini müzakirə ediblər.


Sfera.az xəbər verir ki, debat Finlandiyanın "Yle: telekanalının "A-Studio" proqramında baş tutub.
 

Hər ikisi anti-Rusiya mövqeyində olan siyasi opponentlər məsələ ilə bağlı müxtəlif fikirlər səsləndiriblər.
 

Xüsusilə Stub vurğulayıb ki, əgər Putin zəng edib təbrik etsə, telefon çox uzun müddət çalacaq.
 

“Mən cavab verməzdim, Putin bundan bir növ təbliğat kimi istifadə edərdi. İndi bizim Rusiya ilə heç bir münasibətimiz yoxdur”, - deyə keçmiş baş nazir bildirib.
 

Rəqibindən fərqli olaraq Haavisto telefonu götürəcəyini söyləyib.
 

"Dövlət başçısı zəng edəndə biz cavab veririk. Mən prezident kürsüsündə işləyən süpürgəçi xanımın telefon zənginə cavab verməsinə imkan verməzdim, təbrikləri cavablandırıb qəbul edərdim", - siyasətçi deyib.
 

Eyni zamanda, Haavisto koordinasiya olmadan hər hansı siyasi müzakirənin mümkünlüyünü də istisna edib.
 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Gümüşün qiyməti davamlı artacaq - Proqnoz

ABŞ-nın böyük investisiya banklarından olan "Citigroup" hesab edir ki, yaxın aylarda gümüşün bir troya unsiyasının qiyməti 40 dolları ötəcək.  ...

Azərbaycanda mopedlərin iştirakı ilə baş verən ağır qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ

Bu ilin 6 ayı ərzində respublika yollarında moped və motosiklet sürücülərinin təqsiri səbəbindən 17 yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbə...

Fransa ABŞ silahlarını almayacaq

Fransa ABŞ silahlarının Avropa ölkələri tərəfindən maliyyələşdiriləcək Ukraynaya verilməsi təşəbbüsündə iştirak etmək niyyətində deyil.    Sfera...

Bakıda "Porsche"nin xanım sürücüsü maşını yolun ortasında saxlayıb mübahisə etdi, tıxac yarandı - VİDEO

Bakıda sürücü avtomobilini yolun ortasında saxlayaraq digər sürücü ilə mübahisə edib, nəticədə prospektdə nəqliyyatın hərəkəti dayanıb.   Sfera.az xə...

Flora İbadovaya icra hakimiyyətində vəzifə verildi

İbadova Flora Ədalət qızı Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatında baş məsləhətçi vəzifəsinə təyin olunub.   Sfera.az xəbər verir ki, bu bar...

Paşinyandan gecikən etiraf: “Qarabağı Azərbaycanın tərkib hissəsi kimi daha əvvəl təsdiqləməliydik”

“Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı qərarı daha tez verməli idik”.   Sfera.az xəbər verir ki, bunu Ermən...