Şəmkirdə dəhşətli hadisə: ev sahibi yanaraq öldü
Hadisə
20:12 / 30.01.2024
6595
Şəmkirin Yeni Həyat kəndində 57 yaşlı Əliyev Elçin Əmir oğlu yaşadığı evdə huşunu itirərək qaz sobasının üzərinə yıxılıb.
Sfera.az xəbər verir ki, o, yanıq xəsarətləri alaraq ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.