Gecələr “dəlixanada”, gündüzlər emalatxanasında - Dünyanın ən əhəmiyyətli 100 İnsan siyahısında olan sənətkar

Gecələr “dəlixanada”, gündüzlər emalatxanasında - Dünyanın ən əhəmiyyətli 100 İnsan siyahısında olan sənətkar

Yayoi Kusama bütün dünyada tanınan və hörmət edilən, sənətinə sonsuzluq və təkrarlanan naxışlar gətirən yapon rəssamıdır. Fərqli disiplinləri bir araya gətirən üslubu pop sənətindən minimalizmə, feminist sənətdən sürrealizmə qədər bir sıra cərəyanlara ilham verib. Bu, bizi rəngli nöqtələrin, güzgülərin və sonsuz otaqların hökm sürdüyü fantastik bir kainata aparır.
 

Sfera.az özünəməxsus üslubu və cəsarətli ifadəsi ilə, incəsənət dünyasının ən üsyankar siması hesab edilən Yayoi Kusama haqqında yazı təqdim edir.


Təkcə Yaponiyada deyil, bütün dünyada tanınan Yayoi Kusama dövrümüzün ən mühüm avanqard rəssamlarından biri hesab olunur.


“Time” jurnalının “Dünyanın 100 Əhəmiyyətli İnsan” siyahısına daxil edilən Kusamanın adına dünyada bir çox sərgi açılıb.


 

Rəssamlıq, quraşdırma, performans sənəti, ədəbiyyat və kino kimi sənətin müxtəlif sahələrində əsərlər istehsal edən dəyərli sənətkarın adı həm də “Pink Polka Dot Princess”dir.


1929-cu ildə Yaponiyada anadan olan Kusama Kyotoda ənənəvi yapon rəsmi təhsili aldıqdan sonra məktəbi atıb.


İkinci Dünya Müharibəsindən sonra sənət aləmində yaranan hərəkatlardan böyük təsirlənən Kusama bu dövrün atmosferindən ilhamlanaraq öz bədii vizyonunu yaratdı.

 

Anasının təzyiqi nəticəsində 1957-ci ildə Amerikaya mühacirət edib və 16 il burada yaşayıb.


Bu müddət ərzində onun bədii ifadəsi dəyişdi və o, qabaqcıl olan bir sıra təsirli performans sənəti hadisələrini həyata keçirdi.


Onun özünəməxsus xüsusiyyəti isə, on yaşından bəri yaşadığı hallüsinasiyaların təsiri ilə çəkdiyi rəsmlərdə tez-tez torlardan, çiçəklərdən, xüsusən də nöqtə və nöqtəli naxışlardan istifadə etməsidir.


Yaradıcılığını təkcə rəsmlə məhdudlaşdırmayan Kusama musiqi, dizayn, yazı və moda kimi sahələrə də daşıyıb.


O, özünəməxsus üslub yaratmağı bacarıb və bu üslubda abstrakt ekspressionizm, minimalizm, pop-art, feminist sənət yanaşmalarından istifadə edib.


Kusama "Obliteration Room" adlı əsərində ziyarətçilərin onlara verilən dairəvi və rəngli etiketləri istədikləri yerə yapışdıra biləcəyi düz ağ otaq dizayn edib.
Rəssamın fenomenə çevrilməsində məhz bu layihənin böyük rolu olub.
 

1960-cı illərdə küçədə çılpaq bədənlərə ləkələr çəkməyi vərdiş halına gətirən Kusamanın sözlərinə görə, bu bədənlər sülh və sevgini təmsil edir.




Rəssamın əsərlərində tez-tez istifadə etdiyi digər forma isə balqabaqdır.
 

1973-cü ildə ölkəsinə qayıdan Kusama könüllü olaraq ruhi xəstəxanaya yerləşib.

Burada o, həm də çoxlu roman, şeir və tərcümeyi-hal yazmaqla ədəbi yaradıcılığa başlayıb.


1977-ci ildən bəri isə gecələrini ruhi xəstəxanada, günlərini isə öz emalatxanasında keçirir.


Aldığı travmaları sənətə çevirdiyini deyən Kusama yaşadığı pis anların öhdəsindən gəldiyinə inanır.


Onun əsərlərindən bir neçəsini sizə təqdim edirik:


Aynil


 


OXŞAR XƏBƏRLƏR

Bakıda "Porsche"nin xanım sürücüsü maşını yolun ortasında saxlayıb mübahisə etdi, tıxac yarandı - VİDEO

Bakıda sürücü avtomobilini yolun ortasında saxlayaraq digər sürücü ilə mübahisə edib, nəticədə prospektdə nəqliyyatın hərəkəti dayanıb.   Sfera.az xə...

Flora İbadovaya icra hakimiyyətində vəzifə verildi

İbadova Flora Ədalət qızı Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatında baş məsləhətçi vəzifəsinə təyin olunub.   Sfera.az xəbər verir ki, bu bar...

Paşinyandan gecikən etiraf: “Qarabağı Azərbaycanın tərkib hissəsi kimi daha əvvəl təsdiqləməliydik”

“Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı qərarı daha tez verməli idik”.   Sfera.az xəbər verir ki, bunu Ermən...

Liderlər və övladları şəkil çəkdirdilər - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub. Həm...

İmamoğlu 1 il 8 ay müddətinə azadlıqdan məhrum edildi

Əkrəm İmamoğlu 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb....

Rusiyada neft-qaz hasilatı azalıb: "Ödənişlərlə bağlı çətinliklər yaşayırıq"

Bu il Rusiyada neft və qaz hasilatında azalma müşahidə edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın energetika nazir...