FACİƏ: Boşanmaq istəyən arvadını öldürdü - FOTO

FACİƏ: Boşanmaq istəyən arvadını öldürdü - FOTO

Türkiyədə kişi boşanmaq istəyən arvadını öldürüb.

 

Sfera.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Zonguldak şəhərinin Ereğli qəsəbəsində baş verib. Bahar Kanyılmaz əri Tarıkla mübahisə etdikdən sonra ata-anasının evinə gedib. Tarık Kanyılmaz da söhbət etmək üçün onların evinin qarşısına gedib və arvadını həyətə çağırıb.

 

Binanın arxa tərəfində cütlük arasında yenidən münaqişə yaşanıb. Bu zaman kişi tapança ilə boşanmaq istəyən arvadına 5 dəfə atəş açaraq, onu öldürüb.

 

Cütlüyün biri 2 yaşında, digəri 4 aylıq olan 2 uşaqları olub.

 

Cinayətkar polis tərəfindən saxlanılıb. O, ifadəsində arvadının ondan boşanmaq, həmçinin uşaqları da özü ilə aparmaq istədiyini deyib. Hadisəyə də məhz arvadının bu istəyi səbəb olub.

 


OXŞAR XƏBƏRLƏR