“Vaqner”in xaricdəki fəaliyyətinə SON QOYULUR:  Onu bu silahlı qruplar əvəzləyəcək

“Vaqner”in xaricdəki fəaliyyətinə SON QOYULUR:  Onu bu silahlı qruplar əvəzləyəcək

“Vaqner”in xaricdəki fəaliyyəti məhdudlaşdırılır.

 

Sfera.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, vaqnerçilərin Afrikanın 5 ölkəsindəki fəaliyyətinə son qoyulacaq. Onları yeni formalaşdırılan hərbi birləşmələr əvəzləyəcək. 

 

Agentliyin məlumatına görə, 2024-cü ilin ilin ortalarına qədər yeni xidmətə gələnlər və keçmiş vaqnerçilərdən ibarət xüsusi korpus formalaşdırılacaq. Bundan sonra onlar ən azı beş Afrika ölkəsində - Burkina Faso, Liviya, Mali, Mərkəzi Afrika Respublikası və Nigerdə yerləşdiriləcək. 

 

Rusiya Müdafiə Nazirliyinə yaxın mənbə agentliyə bildirib ki, ümumilikdə 20 min nəfərdən ibarət xüsusi hərbi birləşmə yaradılacaq. “Bloomberg” yazır ki, ötən həftə 100-ə yaxın rus əsgəri ölkə lideri İbrahim Traorenin təhlükəsizliyini təmin etmək üçün Burkina Fasoya gəlib. 

 

Mərkəzi Afrika Respublikasında da qərargahın açılması planlaşdırılır. Mərkəzi Afrika Respublikası Prezidentinin baş müşaviri Patrik Bila Koyaqbele ölkədə rus əsgərləri üçün baza tikiləcəyini deyib. Müşavir qeyd edib ki, onun dəqiq yeri məxfidir və səlahiyyətlilər hələ də bir neçə yeri araşdırır. Onun sözlərinə görə, ölkəsində 2 min rus hərbçisi var və bu, 2023-cü ilin sentyabr ayı ilə müqayisədə iki dəfə çoxdur. Agentlik qeyd edib ki, Rusiyanın Nigerdə mövcudluğu da güclənəcək və bu, orada böyük pilotsuz təyyarə bazası olan ABŞ-ni narahat edəcək. 

 

Xatırladaq ki, Rusiya Ukraynaya hərbi müdaxilə etməmişdən öncə Afrika “Vaqner” PMC-nin xaricdəki əsas xidmət sahəsi idi. Burada vaqnerçilər müxtəlif dövlət strukturlarının və sahələrin təhlükəsizliyini təmin edirdilər. 

 

Ötən ilin iyunun 24-də vaqnerçilərin qiyam cəhdindən sonra Rusiyanın Afrikadakı hərbi mövcudluğu sual altına düşmüşdü. Bu qeyri-müəyyənliyi aradan qaldırmaq üçün Rusiya Afrikadakı hərbçilərini yeniləri ilə əvəzləyəcək və bununla da “Vaqner”in xaricdəki fəaliyyətinə tədricən son qoyulacaq.

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR