Makron Fransadan qaçıb? - Narazılıq artır...

Makron Fransadan qaçıb? - Narazılıq artır...

Fransa Prezidenti Emmanuel Makron ölkəsində xaos yaşanmasına baxmayaraq, Fransanı tərk edib.

 

Sfera.az bildirir ki, "La Liberation" qəzetində yayımlanan məlumata görə, fransız fermerlər kütləvi etiraz aksiyaları keçirərkən və baş nazir Qabriel Attal artan daxili gərginliklə məşğul olmaq məcburiyyətində qaldığı halda, Makron xaricə səfər edir.

 

Qəzetin yazdığına görə, Fransa lideri Hindistan səfərindən qayıtdıqdan dərhal sonra yanvarın 30-da iki günlük dövlət səfəri ilə İsveçə gedib. Fevralın 1-də isə o,  Brüsseldə keçiriləcək Aİ sammitində iştirak edəcək. 

 

Eyni zamanda, qəzetin vurğuladığı kimi, Makron güc strukturları vasitəsilə fermerlərin kütləvi etirazları zamanı “traktor barrikadalarını təmizləyir”.

 

“Le Monde” öz növbəsində iddia edir ki, Makronun ətrafı fermerlərin etirazlarına görə Hindistana səfərinin müddətini qısaltmağı təklif edib, lakin Fransa lideri səfər proqramının protokol hissəsini belə qısaltmaqdan imtina edib.

 

Əzizə Zeynal


 


OXŞAR XƏBƏRLƏR