Ay sürətlə KİÇİLİR: Alimlərdən HƏYƏCAN TƏBİLİ

Ay sürətlə KİÇİLİR: Alimlərdən HƏYƏCAN TƏBİLİ

Yerin təbii peyki Ay sürətlə kiçilir.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb son bir neçə yüz milyon il ərzində nüvəsinin soyuması olub. Nəticədə peykin ərazisi təxminən 100 metr balacalaşıb. Qeyd olunur ki, proses Ay səthində astronavtların fəaliyyətini çətinləşdirəcək və sürüşmə və zəlzələlərin artmasına səbəb olacaq.

 

Merilend Universitetinin tədqiqatçılarının fikrincə, bu, tədricən baş verən proses kimi görünsə də, Ayın cənub qütbünün bəzi bölgələrində əhəmiyyətli səth əyriliyi yaranır. Yeni araşdırmaya görə, Ayın cənub qütb bölgəsindəki qırılma xətlərinin yaranma səbəblərindən biri 50 il əvvəl Apollon seysmometrləri tərəfindən qeydə alınan güclü Ay zəlzələləridir. Yer üzündə cəmi bir neçə saniyə davam edən zəlzələlərdən fərqli olaraq, Ay zəlzələləri saatlarla davam edə bilir.

 

Alimlər bildirirlər ki, Yerdəki zəlzələlər kimi Ay zəlzələləri də peykdəki yeraltı titrəyişlər nəticəsində yaranır. Həmçinin, Ayın səthindəki texnogen strukturlara və avadanlıqlara zərər verəcək qədər güclü ola bilir.


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR