Əmanətçilərin NƏZƏRİNƏ: Bu, sizə daha çox pul qazandıra bilər

Əmanətçilərin NƏZƏRİNƏ: Bu, sizə daha çox pul qazandıra bilər

Azərbaycan banklarında fiziki şəxslərə məxsus olan vəsaitlərin valyuta tərkibində manatın payı ilbəil artır. 

 

Sfera.az xəbər verir ki, 2024-cü ilin yanvarın 1-nə olan məlumata əsasən, banklarda fiziki şəxslərin 12 milyard 947 milyon 800 min manat dəyərində əmanəti olub. Bu qədər əmanətin 8,646 milyard manatı və ya 66,77 faizi manatla saxlanılıb.

 

Əvvəlki illərlə müqayisə etdikdə görürük ki, manatın payında artım davamlı hal alıb. Əmanətlərdə manatla olan vəsaitlərin payı 2022-ci ilin sonunda 60,8 faiz, 2021-ci ildə 59 faiz, 2020-ci ildə 49,2 faiz, 2019-cu ildə 48 faiz, 2018-ci ildə 37,5 faiz, 2017-ci ildə 33,5 faiz olmuşdu. Buradan görünür ki, son 6 ildə manatla olan əmanətlərin payı 2 dəfə artıb. 

 

Bəs əmanətlərin tərkibində manatla olan vəsaitlərin payının sürətlə artmasının səbəbi nədir? 

 

2017-ci ildən bəri banklarda manatla olan vəsaitlərin payının sürətlə artması iki ciddi səbəblə izah oluna bilər. Birinci səbəb manatın məzənnəsinin son 6 ildə sabit qalmasıdır. 2017-ci ilin martında dollar/manat məzənnəsi 1,7 səviyyəsində sabitləşib və həmin məzənnə indiyə qədər dəyişməyib. Məzənnənin sabit qalması manatla yığımlarda tərəddüdü aradan qaldırır. İkinci mühüm səbəb banklarda manatla yerləşdirilən vəsaitlərə dollar və ya digər xarici valyutada yerləşdirilən vəsaitlərlə müqayisədə yüksək faizlərin ödənilməsidir. Əmanətlər manatla 12 faizə qədər, xarici valyutada isə 2,5 faizə qədər qoyulduqda dövlət tərəfindən sığortalanır. Bu yanaşmaya uyğun olaraq banklar manatla olan əmanətlərə görə daha yüksək faiz ödəyirlər. Sadalanan hər iki səbəb manatla əmanət yerləşdirilməsini daha cəlbedici edir. 

 

Bunu bir nümunədən daha aydın görmək olar. Məsələn, bir şəxs 100 min manatı banka 10 faizlə yerləşdirdikdə həmin vəsait ilin sonunda 110 min manata yüksələcək. Bu vəsaiti dollara dəyişib banka 1,5 faizlə yerləşdirdikdə isə həmin şəxsin əmanətinin həcmi 101,5 min manat təşkil edəcək. Müqayisədən göründüyü kimi manatla yerləşdirilən vəsait dollarla qoyulan vəsaitlərdən dəfələrlə çox gəlir gətirir.

 

Vergi Məcəlləsinə edilən son dəyişikliyin ardından 2024-cü ildən bankda manatla əmanəti olan şəxslər daha çox qazanacaq. Çünki manatla əmanətlərin əksəriyyəti vergidən azad ediləcək, xarici valyutada qoyulan əmanətlərdən isə vergi tutulacaq. Bu halda manatla əmanət qoyanların gəliri bir qədər də artacaq. Buna görə də gözləmək olar ki, manat sabit olduqca banklarda manatla olan əmanətlərin payında artım qarşıdakı illərdə də davam edəcək. 

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR

Bakıda "Porsche"nin xanım sürücüsü maşını yolun ortasında saxlayıb mübahisə etdi, tıxac yarandı - VİDEO

Bakıda sürücü avtomobilini yolun ortasında saxlayaraq digər sürücü ilə mübahisə edib, nəticədə prospektdə nəqliyyatın hərəkəti dayanıb.   Sfera.az xə...

Flora İbadovaya icra hakimiyyətində vəzifə verildi

İbadova Flora Ədalət qızı Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatında baş məsləhətçi vəzifəsinə təyin olunub.   Sfera.az xəbər verir ki, bu bar...

Paşinyandan gecikən etiraf: “Qarabağı Azərbaycanın tərkib hissəsi kimi daha əvvəl təsdiqləməliydik”

“Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı qərarı daha tez verməli idik”.   Sfera.az xəbər verir ki, bunu Ermən...

Liderlər və övladları şəkil çəkdirdilər - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub. Həm...

İmamoğlu 1 il 8 ay müddətinə azadlıqdan məhrum edildi

Əkrəm İmamoğlu 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb....

Rusiyada neft-qaz hasilatı azalıb: "Ödənişlərlə bağlı çətinliklər yaşayırıq"

Bu il Rusiyada neft və qaz hasilatında azalma müşahidə edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın energetika nazir...