Paşinyanın son təkliflərinə REAKSİYA: “Siyasi hoqqabazlıqdır, vaxt qazanır”

Paşinyanın son təkliflərinə REAKSİYA: “Siyasi hoqqabazlıqdır, vaxt qazanır”

Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycana silahlara qarşılıqlı şəkildə nəzarət mexanizminin qurulmasını və  sülh sazişinin imzalanmasının gecikəcəyi təqdirdə, bir-birinə hücum etməmək haqda paktın imzalanmasını təklif edib. 

 

Paşinyanın bu təklifləri necə dəyərləndirilməlidir? 

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən deputat Elman Nəsirov bildirib ki, Ermənistanın Baş naziri özünü “sülh göyərçini” kimi təqdim etmək istəyir, əslində isə reallıq başqadır:
 

“Ermənistan açıq şəkildə silahlanma və revanşizm yolunu seçib. Fransa və Hindistandan silahlar alır, Rusiya ilə bu sahədə əməkdaşlıq qurur. Bir yandan milyardlarla dollar silah-sursat alan ölkə indi silahlara qarşı nəzarət mexanizmindən, hücum etməmək paktından bəhs edir. Bunu da sülh müqaviləsinin yubanması ilə əlaqələndirir. Əvvəla, niyə sülh müqaviləsi yubanmalıdır? Müqavilənin imzalanmasının çoxdan vaxtı çatıb və bunun üçün heç bir maneə yoxdur. Problem yaradan elə Ermənistan və onun davranışlarıdır”.

 

Millət vəkili qeyd edib ki, Ermənistan bu addımı atmaqla vaxt qazanmağa çalışır:

 

“Onlar sonra istənilən vaxt özünün imzaladığı sənədlərdən imtina edə də bilirlər. Belə bir pakt imzalansa belə, onun real bir vəzifəsi olmayacaq. Bunun dəfələrlə şahidi olmuşuq. Buna 2020-ci ilin 10 noyabr tarixindəki Qarabağ atəşkəs bəyanatını misal çəkə bilərik. Ermənistan bu sənədin əksər bəndlərini yerinə yetirmədi. Xüsusən də, qeyri-qanuni erməni silahlı qüvvələrinin Azərbaycandan çıxarılması ilə bağlı olan 4-cü bəndi…Bu bəndin icrasını biz 2023-cü ilin 19 sentyabrında reallaşdırdıq və onları güclə tərki-silah etdik. Qarşılıqlı kommunikasiyaların açılması ilə bağlı olan 9-cu bənd də icra edilmir. Zəngəzur dəhlizinin hələ də işə düşməməsi sual altındadır”.

 

Müsahibimiz həmçinin, Ermənistanın bu təkliflərinin heç bir perspektivinin olmadığını vurğulayıb:

 

“Bu, siyasi manipulyasiyadır, beynəlxalq ictimai fikri çaşdırmaq cəhdidir. Belə davranışlar qəbuledilməzdir. Bu yanaşma siyasi hoqqabazlıqdan başqa bir şey deyil. Azərbaycan sülh müqaviləsini imzalamağa hazırdır. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesi vaxt apara bilər. Sülhlə bağlı proses uzanmasın deyə bunu sonraya saxlayıb sazişi imzalaya bilərik. Qarşı tərəfdən də bu addımı gözləyirik”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...