ABŞ-dən Türkiyəyə “yaşıl işıq”: F-35-lərin istehsalı proqramına QAYTARILA BİLƏR

ABŞ-dən Türkiyəyə “yaşıl işıq”: F-35-lərin istehsalı proqramına QAYTARILA BİLƏR

“Türkiyə F-35 qırıcılarının istehsalı proqramına qaytarıla bilər”.

 

Sfera.az bildirir ki, bunu “CNN Türk”ə müsahibəsində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland deyib. O, sözügedən məsələ ilə bağlı Vaşinqtonun şərtlərini də açıqlayıb.

 

“Ankaranın aldığı Rusiya S-400 zenit-raket kompleksləri ilə bağlı məsələ həll olunarsa, ABŞ buna hazırdır. Biz Türkiyəni yenidən F-35 ailəsinə qəbul etməkdən məmnun olarıq. İstəyimiz də bu yöndədir, lakin əvvəlcə problem həll olunmalıdır. Buna görə də, bu gün bir neçə müzakirə apardıq”, - Nuland bildirib.

 

O, həmçinin, Türkiyənin güclü hava hücumundan müdafiə sistemi ilə təmin edilməli olduğunu vurğulayıb.

 

Xatırladaq ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 zenit-raket kompleksləri aldıqdan sonra F-35 proqramından çıxarılıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Ukrayanaya nə qədər silah lazımdır?

ABŞ Prezidenti Donald Tramp artıq Ukraynaya Patriot hava hücumundan müdafiə sistemlərini göndərməyə başlayıb. Bu, münaqişə zonasında müdafiə qabiliyyətini güclə...

Həftəsonunadək hava necə olacaq?

Həftənin sonunadək ölkə ərazisinin hava şəraitində dəyişiklik gözlənilməsə də, son günlər müşahidə olunan cənub-şərq küləyi Abşeron yarımadasında şimal, şimal-ş...

Gəncədə avtomobil işıq dirəyinə, sonra divara çırpıldı - FOTO

  Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin dəmir yolu vağzalının yaxınlığında qeydə alınıb. ...

Paşinyandan mühüm açıqlama:"Sərhədə ermənilər yerləşdiriləcək, ABŞ isə..."

Amerika şirkəti Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizinin idarəedici operatoru ola bilər.   Sfera.az “İnterfaks...

Prezident daha 2 fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə m...

İlham Əliyev ipoteka kreditləri ilə bağlı fərman imzaladı

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasında dəyi...