Azərbaycanda süni brilyant istehsal ediləcək

İqtisadiyyat
12:57 / 30.01.2024
3270
“Süni brilyant istehsal edən Hindistan şirkəti ilə Anlaşma Memorandumu imzalanıb. Ələt Azad İqtisadi Zonasında bu istehsalat artıq qurulur”.
Sfera.az xəbər verir ki, bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.
Z.İbrahimov əlavə edib ki, süni brilyant 2-3 həftə ərzində əmələ gəlir. Tərkibi təbii brilyantdan daha təmizdir.