Baş leytenant Orxan Əsgərovun il mərasimi keçirilir - FOTO

Cəmiyyət
12:37 / 30.01.2024
2311
Azərbaycanın Tehrandakı Səfirliyinə silahlı hücum zamanı şəhid olan baş leytenant Orxan Əsgərovun il mərasimi keçirilir.
Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yas mərasimi onun doğulub boya-başa çatdığı ata yurdu Gəncədə keçirilir.
Xatırladaq ki, ötən il yanvarın 27-də İran vətəndaşı Yasin Hüseynzadə Azərbaycanın Tehrandakı Səfirliyində terror aktı törədib. Hadisə nəticəsində mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki nəfər isə yaralanıb.