Narkotikdən xilas olmaq üçün nə etməliyik? - "Mütləq bir nəfər..." + AÇIQLAMA

Narkotikdən xilas olmaq üçün nə etməliyik? -

Narkotik dövrümüzün ən böyük problemlərindən və bəlalarından biridir. İllərdir bu bəlayla mübarizə aparılsa da, narkotik aludəçilərinin sayı artmaqdadır.

 

Bəs bu bəladan xilas olmaq üçün nə etməliyik?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan narkoloq Asif Kəngərli bildirib ki, əsasən, bizə narkotik aludəçilərinin valideynləri müraciət edir.

 

“Övladlarının narkotik qəbul etdiyini dəqiq bilməyən, amma şübhələnən valideynlər onları bir sıra testlərdən keçirtməlidir. Sidik və qan vasitəsilə şəxsin narkotik qəbul edib etmədiyini müəyyənləşdirmək olur. Xəstələrin bir çoxu polis tərəfindən həbs olunmaq qorxusuna görə, həkimə müraciət etmirlər. Lakin həkimlərin narkotik müalicəsi almaq istəyən şəxsləri anonim müalicə etmək hüquqları var. Bakı şəhəri Narkoloji Dispanserində bunun üçün xüsusi kabinetlər mövcuddur. Polislər yalnız bu işin ticarəti ilə məğul olan şəxsləri həbs edirlər”.

 

Həkimin sözlərinə görə, narkotik istifadəçilərində də iki cür aslılıq olur. Fiziki və psixi aslılıq:

 

“Fiziki aslılığı olan insanların ağrıları olur, gecələr yata bilmirlər. Psixi aslılığı olan insanlar isə əsəbi olurlar və depressiyaya düşürlər. Evdə müalicə dövründə həmin şəxslərə müəyyən şərtlər qoyulur. Xəstələrə çölə çıxmaq, telefonla danışmaq və avtomobil idarə etmək qadağan edilir. Müalicə dövründə olan narkotik aludəçisinə mütləq bir nəfər nəzarət etməlidir ki, xəstə həmin şərtləri yerinə yetirsin”.

 

Asif Kəngərli diqqətə çatdırıb ki, fiziki aslılıq 2-3 gün ərzində müəyyən qədər azalır.

 

“Xəstələr bu dövrdə mütləq intizama riayət etməlidir. Fiziki asılılıqdan sonra, depressiyanın müalicəsi üçün müəyyən dərmanlar yazılır. Müalicənin 6-cı günü yenidən xəstə testdən keçirilir. Testin nəticələrinə əsasən, xəstənin həmin dövrdə narkotik istifadə edib-etmədiyi müəyyən edilir. Verilən dərmanlar narkotikdən həzz almağın qarşısını alır. Yəni, xəstə nə vaxtsa narkotik istifadə etsə, həzz almayacaq. Bu da onun narkotikdən tamamilə uzaqlaşmasına səbəb olacaq”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Gümüşün qiyməti davamlı artacaq - Proqnoz

ABŞ-nın böyük investisiya banklarından olan "Citigroup" hesab edir ki, yaxın aylarda gümüşün bir troya unsiyasının qiyməti 40 dolları ötəcək.  ...

Azərbaycanda mopedlərin iştirakı ilə baş verən ağır qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ

Bu ilin 6 ayı ərzində respublika yollarında moped və motosiklet sürücülərinin təqsiri səbəbindən 17 yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbə...

Fransa ABŞ silahlarını almayacaq

Fransa ABŞ silahlarının Avropa ölkələri tərəfindən maliyyələşdiriləcək Ukraynaya verilməsi təşəbbüsündə iştirak etmək niyyətində deyil.    Sfera...

Bakıda "Porsche"nin xanım sürücüsü maşını yolun ortasında saxlayıb mübahisə etdi, tıxac yarandı - VİDEO

Bakıda sürücü avtomobilini yolun ortasında saxlayaraq digər sürücü ilə mübahisə edib, nəticədə prospektdə nəqliyyatın hərəkəti dayanıb.   Sfera.az xə...

Flora İbadovaya icra hakimiyyətində vəzifə verildi

İbadova Flora Ədalət qızı Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatında baş məsləhətçi vəzifəsinə təyin olunub.   Sfera.az xəbər verir ki, bu bar...

Paşinyandan gecikən etiraf: “Qarabağı Azərbaycanın tərkib hissəsi kimi daha əvvəl təsdiqləməliydik”

“Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı qərarı daha tez verməli idik”.   Sfera.az xəbər verir ki, bunu Ermən...