İpoteka kreditləri daha çox kimlərə verilir?: Evlilər, kişilər...

İpoteka kreditləri daha çox kimlərə verilir?: Evlilər, kişilər...

Azərbaycanda dövlət vəsaiti hesabına verilən ipoteka kreditlərini daha çox hərbçilər və maliyyə qurumlarında (bank, sığorta və s.) çalışan şəxslər alır. 

 

Sfera.az İpoteka və Kredit Zəmanət Fondunun son məlumatlarına istinadən xəbər verir ki, ayrılan kreditlərin 19 faizi hərçilərə, 18,4 faizi maliyyə qurumlarında çalışan şəxslərə verilib. 

 

Bu sahələrdə çalışanlarla bərabər energetika (neft, qaz, elektrik enerjisi sahələri) və hüquq-mühafizə orqanlarında (polis, penitensiar xidmət, gömrük, miqrasiya sahələri) işləyənlərə də çox kredit ayrılıb. Cəmi kreditlərin 10 faizi energetiklərə, daha 10 faizi isə hüquq-mühafizə orqanlarının əməkdaşlarına verilib. Ən az ipoteka kreditlərini isə fərdi sahibkarlar, kommersiya fəaliyyətinin digər bölmələri ilə məşğul olan şəxslər alıb.

 

Aylıq gəlirlərinə görə fərqləndirildikdə daha çox krediti gəliri 1100 manatdan çox olan şəxslər əldə edib. Bağlanan kredit müqavilələrin 65 faizi aylıq gəliri 1100 manatı ötən şəxslərlə imzalanıb. 

 

Dövlət vəsaiti hesabına ipoteka krediti alanların digər fərqləndirici göstəricilərinə diqqət yetirdikdə görürük ki, kreditləri əsasən evli olanlara (kredit götürənlərin 68 faizi), kişilərə (kredit müqavilələrinin 79 faizi) və orta yaşlı şəxslərə (kredit müqavilələrinin 66,5 faizi) verirlər. 

 

Vasif 


OXŞAR XƏBƏRLƏR

Prezident daha 2 fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə m...

İlham Əliyev ipoteka kreditləri ilə bağlı fərman imzaladı

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasında dəyi...

Oquldjaxan Atabayeva və Leyla Əliyeva Heydər Əliyev Mərkəzini ZİYARƏT ETDİLƏR

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 16-d...

Beyləqanda qadın qətlə yetirildi - 23 yaşlı oğlan TUTULDU

Beyləqanda qətl hadisəsi baş verib. Hadisə rayonun Bolsulu kəndində qeydə alınıb.    Sfera.az xəbər verir ki, belə ki, 1967-ci il təvəllüdl...

Gümüşün qiyməti davamlı artacaq - Proqnoz

ABŞ-nın böyük investisiya banklarından olan "Citigroup" hesab edir ki, yaxın aylarda gümüşün bir troya unsiyasının qiyməti 40 dolları ötəcək.  ...

Azərbaycanda mopedlərin iştirakı ilə baş verən ağır qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ

Bu ilin 6 ayı ərzində respublika yollarında moped və motosiklet sürücülərinin təqsiri səbəbindən 17 yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbə...