Dünyanın ən çox avtomobil satan şirkəti BƏLLİ OLDU: 11 milyondan çox..
Ötən il dünyada ən çox avtomobili Yaponiyanın “Toyota Motor” şirkəti istehsal edib.
Sfera.az xəbər verir ki, yapon istehsalçısı 2023-cü ildə dünya üzrə avtomobil istehsalını 8,6 faiz, yəni 991 min ədəd artıraraq 11,52 milyon ədədə çatdırıb. İstehsalla yanaşı, satışda da ciddi artım baş verib. Bir il ərzində şirkət 11,23 milyon avtomobil sata bilib.
2022-ci illə müqayisədə şirkətin avtomobil satışı 7,2 faiz, yəni 808 min ədəd artıb və bir ildə indiyə qədərki ən çox satış həyata keçirilib. Mütləq mənada şirkətin hibrid modellərinin satışı daha çox artıb. Hibrid modellərin satış sayı 31,4 faiz artaraq 3,42 milyon ədədə çatıb. Elektrikli modellərin satışı isə 4 dəfədən çox artaraq 104 min 18 ədəd olub.
Məlumat üçün bildirək ki, dünyada avtomobil istehsalı və satışında “Toyota”nın əsas rəqibi Almaniyanın “Volkswagen AG” şirkətidir. “Volkswagen” ötən il ərzində 9,24 milyon avtomobil sata bilib.
Vasif