Beyləqanda ağır qəza: 3 nəfər öldü - ADLAR

Beyləqanda ağır qəza: 3 nəfər öldü - ADLAR

Beyləqan rayonunun İmamverdilər kəndində yerləşən dəmiryolu xəttinin yerləşdiyi körpüdə yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az xəbər verir ki, “VАZ” markalı minik və “KamAZ” markalı yük avtomobilləri toqquşub.

 

Nəticədə rayonun Bahar qəsəbəsindən olan 2 nəfər hadisə yerində ölüb. Bunlar “VАZ” markalı minik avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü İlqar Məmmədov, “KamAZ” markalı yük maşının sürücüsü, 1973-cü il təvəllüdlü Barat İsmayılovdur.

 

Qəzada ağır yaralanan daha bir nəfər - 1985-ci il təvəllüdlü Şükürzadə Şəmşir Abış oğlu İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. (Report)


OXŞAR XƏBƏRLƏR