“Mançester Yunayted”ə fantastik qiymət deyildi - 70 milyondan aşağı...

“Mançester Yunayted”ə fantastik qiymət deyildi - 70 milyondan aşağı...

"Yuventus" və Braziliya millisinin mərkəz müdafiəçisi Bremer "Mançester Yunayted"in maraq dairəsindədir.

 

Sfera.az-ın məlumatına görə, "Yuventus" braziliyalını 70 milyon avrodan aşağı qiymətə satmayacağını bildirir.

 

Qeyd edək ki, Bremer 2022-ci ilin yayında 44 milyon avroya "Torino"dan "Yuventus"a keçib. Bu mövsüm müdafiəçi turnirlərdə 23 oyun keçirib və iki qol vurub.

 

Futbolçunun təxmini bazar dəyəri 50 milyon avrodur.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR