Qadın 1 funta qorxulu ev aldı - İndi bütün qonşuları ona həsəd aparır - FOTOLAR

Qadın 1 funta qorxulu ev aldı - İndi bütün qonşuları ona həsəd aparır - FOTOLAR

Liverpulda (Böyük Britaniya) dəyəri cəmi 1 funt sterlinq olan tərk edilmiş bir evi bir neçə il ərzində yeni sahibi köklü şəkildə dəyişdirib. İndi bütün qonşuları ona həsəd aparır.


Sfera.az bildirir ki, 36 yaşlı Maksin Şarples yaşaması çox təhlükəli olan bir evi alaraq, əmlakın tam təmirini öz üzərinə götürüb.


Ev, sahibsiz mülkləri canlandırmaq üçün nəzərdə tutulan “Qəpik-quruşa mənzil” layihəsi sayəsində satışa çıxarılıb.
 

2015-ci ildə onu o vaxtkı Liverpul Universitetinin aspirantı, 36 yaşlı Maksin Şarples alıb.
 

"Layihədən mənə zəng edib dedilər ki, adın siyahıya düşüb. Əvvəlcə bunun fırıldaq olduğunu düşündüm, amma yenə də müsahibəyə gəlməyə razı oldum" deyə xatırlayır.
 

Qapıda “riski gözə alıb, girin” yazısına baxmayaraq, qadın evi tamamilə yenidən təmir etməyə başlayıb. Onun eskizlərinə görə, yataq və vanna otağı birinci mərtəbədə, mətbəx və qonaq otağı isə yuxarı mərtəbədə yerləşməli idi.


Lakin bu planlar pandemiya ilə gözlənilmədən alt-üst oldu. Şarples münasib qiymətə podratçılar tapa bilməyib, buna görə də tam ştatlı işini tərk edərək, təmir işlərini özü etmək qərarına gəlib.
 

Bir dönəm, təmir layihəsi maliyyə çatışmazlığı, işsizlik, ən sonda həyat yoldaşından boşanması səbəbindən dayanıb. Qadın evi itirəcəyindən və təmirə xərclənən 60.000 funt-sterlinqin boşa gedəcəyindən çox qorxurdu.


Xoşbəxtlikdən, yerli hakimiyyət orqanları yenidənqurma işlərinin başa çatdırılması üçün müddəti uzadıblar. Bundan əlavə, onun bir qrup dostu da təmirə qoşulduqları üçün bütün işlər vaxtında tamamlanıb.
 

Evin indi dəbdəbəli vanna otağı, kral tərzində çarpayılı yataq otağı və isti döşəmələri var. İkinci mərtəbədə müasir üslubda eleqant mətbəx və geniş qonaq otağı var.
 

Genişmiqyaslı transformasiyadan sonra ev tanınmaz hala gəlib. Mülk "zibil" dən dəbdəbəli bir qəsəbəyə çevrilib.
 

Maksin ikinci mərtəbəni dincəlmək, yoqa etmək, kitab oxumaq və şəhərin səs-küyündən dincəlmək üçün "sakit cənnət" adlandırır.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...