Britni Castindən üzr istədi
Britni Spirsin pərəstişkarları onun keçmiş sevgilisi Castin Timberleykin altı ildə ilk dəfə sinql buraxılışının sevincini məhv ediblər. Aylardır Timberleykə kin qusan pərəstişkarlar hələ də elədikləri üçün onu yerdən-yerə vursalar da, Britninin özü qəzəbini mərhəmətə çevirib.
Sfera.az bildirir ki, Britni Castinin bağışlanmasını istəyib.
O, sosial mediada bir zamanlar dəyər verdiyi insanlardan hər hansı birini incitdiyinə görə təəssüfləndiyini bildirib.
Müğənni təkcə ona əhəmiyyət verən insanları incidə biləcəyindən təəssüfləndiyini bildirməyib. O, Castin Timberleykin yeni mahnısını da yüksək qiymətləndirib və klipini paylaşıb.
"Kitabımda yazdığım bəzi şeylərə görə üzr istəmək istəyirəm. Əgər həqiqətən əhəmiyyət verdiyim kimisə incitmişəmsə, çox üzr istəyirəm... Demək istəyirəm ki, Castin Timberleykin yeni mahnısına aşiqəm. “Eqoist” O, çox yaraşıqlıdır. Niyəsə Castin və Cimmini hər dəfə bir yerdə görəndə çox gülürəm???”- yazıda deyilir.
Qeyd edək ki, 2023-cü ilin oktyabrında Britni "İçimdəki qadın" adlı xatirə kitabını nəşr etdi. Kitabda o, digər şeylərlə yanaşı, 2000-ci illərdə Castin ilə münasibəti zamanı abort etdirdiyini də açıqlamışdı.
Spirs 1999-cu ildə Timberleyklə görüşməyə başlayanda 17 yaşında idi. Onların hər ikisi Kristina Aqilera və Rayan Qoslinq də daxil olmaqla bir çox məşhurlar üçün start meydançasına çevrilən “Mickey Mouse Club”ın üzvləri idi. Onların münasibəti 2002-ci ilə qədər davam edib.
Müğənni xatirələrində planlaşdırılmamış hamiləliyini sürpriz kimi qiymətləndirib.
"Bu, mənim üçün faciə deyildi. Amma Castin hamiləliyə qətiyyən sevinmədi. O, övlad sahibi olmağa hazır olmadığımızı, çox gənc olduğumuzu söylədi. Mənə qalsaydı, mən davam edərdim. Bunu istəyərək etməmişəm"-deyə kitabda açıqlayıb.
Britni həmçinin abortun həyatında yaşadığı ən ağrılı şeylərdən biri olduğunu bildirib. Castin ictimaiyyəti Britnini xəyanətkar olmağa imandırmaqla bərabər, psixoloji sarsıntı keçirərək, saçlarını qırxdırdığı vaxt onu ələ salmışdı. Media və ictimaiyyəti manipulyasiya etməkdə günahlandırılan Castinə isə etirazlar günü-gündən artmaqda davam edirdi. Bu yaxınlarda isə Castinin 12 illik həyat yoldaşının ondan ayrılmaq istədiyi, cütlüyün boşanma ərəfəsində olduğu məlum oldu.
Britninin isə 2004-cü ildə Castini yaralamaq üçün evləndiyi rəqqas Kevin Federlayndan iki oğlu dünyaya gəlib.
2008-ci ildə əsəb sarsıntısı keçirdikdən sonra uşaqlar atalarının himayəsinə verilib. Bir müddət əvvəl oğlanlar Kevin və yeni həyat yoldaşı ilə Havay adalarına köçbülər.
Britni praktiki olaraq oğulları ilə görüşmür və ünsiyyət qurmur.
Aynil
Sfera.az