Həyat yodaşından çimmədiyi üçün boşandı

Həyat yodaşından çimmədiyi üçün boşandı

Ankaralı qadın şəxsi gigiyenasına fikir vermədiyi üçün ərindən boşanıb. Kişi çox nadir hallarda duş qəbul edib və həftədə bir-iki dəfə dişlərini fırçalayıb.


Sfera.az bildirir ki, Ali Məhkəmə həmçinin kişini keçmiş həyat yoldaşına 500 min lirə (təxminən 28 min Azn) məbləğində təzminat ödəməyə məcbur edib.
Məhkəmə iclasları zamanı adı açıqlanmayan qadın ərinin şəxsi gigiyena qaydalarına əməl etmədiyini sübut edib. Qadın həyat yoldaşının dişlərini həftədə cəmi bir neçə dəfə fırçaladığını və 5 gün ardıcıl eyni paltarı geyindiyini qeyd edib. Ərinin gigiyena ilə bağlı belə etinasız münasibətinə daha dözə bilməyəcəyini anlayan qadın boşanmaq üçün məhkəməyə müraciət edib.
 

Cütlüyün ortaq tanışları da şikayət edən qadının məhkəmədəki ifadəsini təsdiqləyiblər. Adamın iş yoldaşları da iddia edirdilər ki, onunla eyni otaqda işləmək xoşagəlməz qoxuya görə dözülməzdir. Nəticədə məhkəmə təqsirləndirilən şəxsin təqsirini tam sübuta yetirib.
 

Apellyasiya məhkəməsi tərəfindən qanuna uyğun hesab edilən qərar 2-ci Kassasiya Məhkəməsi tərəfindən təsdiq edilib. Kassasiya Məhkəməsi öz qərarında boşanmaya səbəb olan hadisələrdə, xüsusən də şəxsi gigiyenaya fikir verməməkdə və tər qoxusunu aradan qaldırmaqda cavabdeh olan ərin tamamilə günahkar olduğu qənaətinə gəlib.


Qadının vəkili Senem Yılmazel bildirib ki, təzminatla bağlı qərar da təsdiqlənib.


 

"Mülki qanunvericiliyimizdə boşanma səbəbləri iki yerə bölünür: boşanmanın xüsusi səbəbləri və ümumi boşanma səbəbləri. Boşanmanın ümumi səbəbləri bir yerdə yaşamağı dözülməz edən hər hansı səbəblərdir. Cavabdeh duş qəbul etməyib,daha doğrusu çox nadir hallarda qəbul edib və dişlərini arada-bir (həftədə 2 dəfə) fırçalayıb. Ona görə də biz boşanma iddiası qaldırdıq.Birinci instansiya məhkəməsi cavabdehin təqsirinin tamamilə sübuta yetirib və iddiaçının günahsız olduğunu qərara alıb. Biz maddi və mənəvi təzminat ödənməsi tələbilə boşanma iddiası qaldırdıq.

 

Müvəkkilimə 500 min lirə məbləğində təzminat ödənilməsinə qərar verilib: “Bu qərar yuxarı instansiya məhkəmələrinə təqdim olunub”.
 

Bundan əlavə, məhkəmədə qadının qüsursuz şəkildə təmizkar olduğu sübuta yetirilib. O, həyat yoldaşının şəxsi gigiyenasına xüsusilə diqqətli yanaşsa da, onun öhdəsindən gələ bilmədiyini deyib.


Aynil

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...