Gürcüstanın Baş naziri İSTEFA VERDİ

Gürcüstanın Baş naziri İSTEFA VERDİ

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili tutduğu vəzifədən istefa verib.

 

Sfera.az xəbər verir ki, o, hökumət administrasiyasında, xüsusi brifinqdə istefa verdiyini təsdiqləyib.

 

İrakli daxili partiyalararası demokratiyaya toxunaraq, başqalarına şans vermək lazım olduğunu deyib. O, “Gürcü Arzusu” partiyasının sədri olmaq təklifini də qəbul etdiyini bildirib.

 

Xatırladaq ki, bu gün Gürcüstanın “İmedi TV”də Baş nazir İrakli Qaribaşvili ilə hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidzenin bir-birini əvəz edəcəyi ilə bağlı məlumat yayılıb.

 

Qeyd edək ki, İrakli Qaribaşvili ilk dəfə 2013-cü ildə hakim “Gürcü Arzusu” partiyasının təsisçisi Bidzina İvanişvilini əvəz edərək, Baş nazir postunu tutub. 2015-ci ildə vəzifəsindən istefa verən Qaribaşvili, 2021-ci il fevralın 22-də ikinci dəfə Gürcüstanın Baş naziri təyin edilib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...