Türklərin partiyası Avropada seçkilərə QATILACAQ: “Qazanma şansları yüksəkdir”

Türklərin partiyası Avropada seçkilərə QATILACAQ: “Qazanma şansları yüksəkdir”

Almaniyada yaşayan türklər tərəfindən yaradılan DAVA (Demokratische Allianz für Vielfalt und Aufbruch - Müxtəliflik və Oyanış üçün Demokratik Alyansı) partiyası qarşıdan gələn Avropa Parlamentinə seçkilərdə iştirak etmək istəyir.

 

Sfera.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti yazı dərc edib. Qəzetin şərhinə görə, yeni partiya Türkiyənin hakim partiyası ilə əməkdaşlıq edir və siyasi fəaliyyətində Ankaranın maraqlarını müdafiə edir. 

 

DAVA  Avropadakı seçkilərdə 2,5 milyon səs toplamaq potensialına sahibdir. “Bild” təxmin edir ki, partiya bu qədər səs toplayarsa, Avropa Parlamentinə daxil olacaq. Gələcəkdə bu partiyanın seçici auditoriyası bir qədər də genişlənə bilər. Çünki Almaniyada vətəndaşlıq qanununun dəyişdirilməsi gözlənilir.

 

2024-cü ilin aprelində yeni qanun qəbul edilərsə, seçki hüququna malik daha 2,5 milyon müsəlman Almaniya vətəndaşlığını alacaq. Bu halda, DAVA böyük elektorat qazanacaq və onu dəstəkləyənlərin sayı 5 milyona çatacaq. 

 

Qeyd edək ki, Avropa Parlamentinə seçkilərdə seçim həddi yoxdur və hər bir partiya topladığı səsə uyğun millət vəkili yeri qazanır. Buna görə də DAVA-nın Avropa Parlamentində namizədlərinin seçiləcəyi ehtimalı yüksəkdir.

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...