“Ruh çağırmaq cəfəngiyyatdır” – Psixoloqdan SƏRT REAKSİYA

“Ruh çağırmaq cəfəngiyyatdır” – Psixoloqdan SƏRT REAKSİYA

Xalq artisti Eldar Quliyevin 1982-ci ildə lentə aldığı “Nizami” filmi barəsində qeyd olunan faktlar hələ də müzakirə obyektidir. Belə ki, rejissor film çəkilərkən XII əsr şairi Nizami Gəncəvinin ruhu ilə məsləhətləşdiyini bildirib. O, Moskvanın birinci kanalına müsahibə verəndə bunun ruh çağıran şəxs vasitəsilə reallaşdığını deyib. Sözügedən mistik hadisə illər əvvəl baş versə də, yerli medianın məsələni yenidən gündəmə gətirməsi səs-küyə səbəb olub. 

 

Maraqlıdır,  bu cür ritualların arxasında dayanan psixoloji faktorlar nələrdir? İnsanlar niyə ruh çağırır?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən psixoloq Elmir Əkbər bildirib ki, bu tip rituallara inanmaq cahillikdir:

 

“Ruh çağırmaq bütün dünyaya məlum olan cəfəngiyyatdır. Bu cür  rituallar və spiritualizm cəhalətin əlamətidir. 90-cı illərdə belə inanclar var idi, lakin bunlar kofe falından daha qeyri-ciddidir”. 

 

Psixoloq qeyd edib ki, Eldar Quliyevin buna inanması təəssüfləndirici məqamdır:

 

“Əgər Eldar bəy sırf Müslüm Moqamoyevi razı salmaq üçün belə üsula əl atdığını desəydi, onu anlamaq olardı. İncəsənət naminə belə iş qurulması maraqlı qarşılana bilərdi. Lakin Eldar bəy buna inandığını deyirsə, sadəcə təəssüf edirəm”.

 

Qeyd edək ki, Xalq artisti Eldar Quliyev bir neçə yerdə bu hadisə barədə danışıb. Ulduzə Qaraqızının “Azərbaycan kino tarixindən” kitabına əsasən, hadisələr belə cərəyan edib:

 

Rejissor Eldar Quliyev filmdə əsas rolu kimin oynayacağını dəqiqləşdirməkdə çətinlik çəkib. O, yaxın dostu olan müğənni Müslüm Maqomayevi diplomatik jest edərək birtəhər razı salıb. Çünki o zaman Maqomayevi bütün SSRİ tanıyırdı və bütün ittifaq miqyasında filmə böyük maraq yaradacağını bilirdi. Digər tərəfdən isə məşhur aktyor Hamlet Xanızadə də rol üçün sınaqlara dəvət edilib və ifası bəyənilib. O zaman cavan olan rejissor kimi seçəcəyinə qərar verə bilməyib. Bu məqamda filmdə "Qivami Mütərəzzi" obrazını ifa edəcək Xalq artisti Həsən Turabov ona qəribə bir təklif edib: “Biz tərəflərdə ruhçağıran var, bəlkə, ondan kömək istəyək. Nizaminin öz ruhu desin ki, filmdə əsas rolda kim çıxış etsin”.

 

Rejissorun sözlərinə görə, həmin şəxs falçı, görücü olmayıb. Sözün həqiqi mənasında cəmiyyətin tanıdığı məşhur, ziyalı bir şəxs olub. Heç bir falçılıq işi ilə məşğul olmayıb, sadəcə olaraq ruhlarla dialoqa girirmiş. Elə bu məşhurluğuna görə də Eldar Quliyev onun adını çəkməyib. 

 

“Əvvəlcə şamı yandırdı. İri kağız üzərində ox işarələri, müxtəlif şifrlər var idi. Bütün işlər nəlbəki vasitəsilə həyata keçirilirdi. Nəlbəkini şamın üstündə qızdırdı. Sonra onu kağızın üzərindəki qarışıq hərflərin üstünə gətirərək müxtəlif adlar yazdı. Bunların hamısı çox qəribə idi. Biz məqsədimizi deməmişdik. Birdən özü bizə dedi ki, indi Nizaminin ruhunu çağırın”. Rejissorun sözlərinə görə ruhçağıranla Nizaminin "ruh"u arasında uzun söhbət gedib. Hətta özünün ziyalılığı ilə seçilən ruhçağıran Nizamidən nə üçün Azərbaycan dilində şeir yazmadığını soruşub. Nizami isə cavabında bu dildə də şeirlər yazdığını, onların Bərdədə saxlandığını bildirib. Onun haqqında film çəkildiyini bilib bilmədiyi də soruşulub. Nizaminin "ruh"u “hə” deyib. E.Quliyev bildirib ki, daha sonra ona obrazını kim canlandırsın sualı verilib: "Seansı aparan dostumuzun əlləri üstünə hərflər yazılmış kiçik kartlara doğru uzandı, bir-bir kartları topladı və orda Maqomayev sözü yazıldı. Müslüm gülümsədi və filmə çəkilməyə razılıq verdi”.


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...