Məşhur aktrisa vəfat etdi - FOTO

Maqazin
15:19 / 29.01.2024
9321
İtaliyalı aktrisa Sandra Milo vəfat edib.
Sfera.az xəbər verir ki, 90 yaşlı aktrisa evində, yaxınlarının əhatəsində vəfat edib.
Milo dahi İtaliya rejissoru Federiko Fellininin ilham pərilərindən hesab edilirdi. O, rejissorun “Səkkiz yarım”, “Culyetta və ruhlar” filmlərində çəkilib, o cümlədən Roberto Rosselini kimi rejissorla da çalışıb. (APA)