İpoteka kreditilərinin məbləği 61 min manatı ötüb – SON RƏQƏMLƏR

İpoteka kreditilərinin məbləği 61 min manatı ötüb – SON RƏQƏMLƏR

Azərbaycanda dövlət vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə orta məbləğ 61 min manatı ötüb. 

 

Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin sonunda ipoteka kreditləri üzrə orta məbləğ 58 080 manat olduğu halda, 2023-cü ilin dekabrında 61 050 manata yüksəlib. 

 

İpoteka kreditlərinin məbləğinin artması aylıq ödəniş məbləğinin də artmasına səbəb olub. Müqayisə edilən dövrdə aylıq ödənişin məbləği 410 manatdan 433 manata yüksəlib. 

 

Qeyd edək ki, 2024-cü ilin əvvəlinə olan məlumata əsasən, dövlət vəsaiti hesabına verilən ipoteka kreditlərinin ümumi məbləği 2,878 milyard manata çatıb. İndiyə qədər təxminən 48 min ipoteka krediti verilib. 

 

Dövlət vəsaiti hesabına verilən ipoteka kreditləri Azərbaycanda indiyə qədər verilən bütün ipoteka kreditlərinin (3,629 milyard manat) 79,3 faizini təşkil edib. Başqa sözlə, indiyə kimi verilən 1000 manatlıq ipoteka kreditinin 793 manatı dövlət vəsaiti hesabına ayrılıb. 

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...