İŞİD-in İsrail yığmasına hücumunun qarşısını alındı
Dünya
12:07 / 18.11.2016
1057
Kosovo polisi İŞİD silahlılarının planlaşdırdığı silsilə terror aktlarının qarşısının alındığını bildirib.
Sfera.az-ın APA-a istinadən verdiyi xəbərə görə, polisin məlumatına əsasən, hücumlardan biri DÇ-2018 seçmə mərhələsində Albaniyaya gəlmiş İsrailin futbol üzrə milli komandasına qarşı planlaşdırılırmış.
Qeyd edək ki, ötən həftə Albaniya-İsrail matçının keçiriləcəyi məkan təhlükəsizlik baxımından dəyişib. Çernoqoriya ilə həmsərhəd Şkodere şəhər stadionunda keçiriləcək oyun paytaxta yaxın olan stadionlardan birində qonaqların 3:0 hesablı qələbəsi ilə keçirilib.